Google Pay artıq Unibankda
(®) Unibank məhsul və xidmətlərində davamlı texnoloji yeniliklər tətbiq etməklə, ölkənin ən innovativ bankları siyahısındadır. Daim müştərilərinin istəklərini reallaşdıran bank, daha bir təmassız ödəniş imkanını kart istifadəçilərinə təqdim edib.
Android telefonları, planşetləri və ya saatları ilə ödənişlər etməyə imkan verən "Google Pay™" xidməti artıq “Unibank”da! Elə indi UCard və Leo kartlarını UBank-da "Google Wallet™"a əlavə edərək, sürətli, təmassız və təhlükəsiz ödənişlər edə bilərsiniz. "Google Pay™" istifadəçiləri ödəniş kartını başqasına vermədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən, ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi innovativ texnologiyalarla təmin olunur.
"Google Pay™" vasitəsilə ödəniş etmək hansı üstünlükləri qazandırır?
- Üzərinizdə nağd pul və bank kartı daşımağa ehtiyac qalmır;
- Təhlükəsizdir;
- Ödəniş prosesi çox asandır;
- Sürətlidir;
- Daha çox keşbek qazandırır.
Ödənişi həyata keçirmək üçün sadəcə Android telefonları, planşetləri və ya saatlarını ödəniş terminalına yaxınlaşdırmaq kifayətdir. "Google Pay™" vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur. "Google Pay™" ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.
Eyni zamanda "Google Pay™" vasitəsilə Android əməliyyat sistemində çalışan smartfonlar, smart saatlar və noubuklarda yüklənmiş tətbiqlərdə rahat və sürətli alış-veriş etmək də mümkündür, çünki artıq qeydiyyatdan keçməyə ehtiyac qalmır.
Təhlükəsizlik və məxfilik "Google Pay™"də təmin olunur. Siz kredit və ya debet kartınızı "Google Pay™"ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Google serverlərində saxlanılmır.
"Google Pay™"ə kartları əlavə etmək çox asandır. Sadəcə cihazınızda "Google Wallet™" (“pul kisəsi”) tətbiqinə daxil olub oradakı təlimatlara əsasən UCard və ya Leo kartınızı əlavə etmək kifayətdir. Kart cihaza əlavə olunan andan müştəri həmin cihazda "Google Pay™"dən istifadə edə bilər.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib





















.jpg)







