Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Təxminən 10 milyon manatlıq mebel komponentləri istehsalı layihəsi. 70 yeni iş yerinin yaradılması gözlənilirAzərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) və Litvanın “Dominari” şirkəti arasında əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonunda mebel komponentləri istehsalı layihəsi həyata keçiriləcək.
Yeni yaradılan birgə müəssisədə (“East Components Company” MMC) ABDF-in payı 21% təşkil edəcək. Müəssisə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ərazisində fəaliyyət göstərəcək. “Dominari” şirkəti layihədə əsas investor, avadanlıq təchizatçısı, texniki bilik və istehsal təcrübəsi təminatçısı, həmçinin məhsullar üzrə zəmanətli alıcı qismində çıxış edəcək. Bu əməkdaşlıq modeli layihənin ilkin mərhələdən etibarən stabil bazar çıxışının formalaşdırılmasına xidmət edir.
Ümumi dəyəri 9,8 milyon AZN təşkil edən layihənin ilk mərhələsində 1,77 hektar ərazidə taxta mebel komponentlərinin istehsalı üzrə ixtisaslaşmış müəssisənin yaradılması planlaşdırılır. Müəssisənin fəaliyyətə başlaması ilə təxminən 70 yeni iş yerinin yaradılması gözlənilir.
Layihə işğaldan azad olunmuş ərazilərdə sənaye istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və yeni məşğulluq imkanlarının yaradılması istiqamətində həyata keçirilən təşəbbüslərə töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























