Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
Yeni investisiya layihəsi çərçivəsində Azərbaycan şirkəti tərəfindən Dağıstanda iri aqrar layihənin icrasına başlanılır.
Marja xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026 çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sahəsində aparıcı şirkətlərindən olan “İSFA” MMC ilə Dağıstanın “RBR” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycanın kənd təsərrüfatı təcrübəsində əlamətdar hadisələrdən hesab edilən müqavilənin ümumi dəyəri 3,4 milyon manatdan çoxdur.
Müqaviləni “İSFA” MMC-nin direktoru Samir Xeyirbəyov və “RBR” MMC-nin baş direktoru Ruslan Gereyeviç Gereyev imzalayıblar.
Sözügedən müqaviləyə əsasən “İSFA” MMC tərəfindən Dağıstanın Dərbənd rayonunda yerləşən Vəlikənd ərazisində yaradılacaq aqroparkın 300 hektarında zeytun bağı, 20 hektarında tingçilik sahəsi, 40 hektarında müxtəlif növ meyvə ağaclarından ibarət nümayiş bağı, 10 hektarında isə damazlıq bağı və aqro turizm zonası qurulacaq.
Layihə çərçivəsində yaradılacaq aqroparkda istifadə ediləcək meyvə ağacları və tinglər 2025-ci ilin iyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Yevlax Pilot Aqroparkda yerləşən “İSFA” MMC-nin təsərrüfatında yetişdiriləcək.
Sözügedən müqavilə ölkəmizdə kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayacaq, ixrac imkanlarının genişlənməsinə təkan verəcək. Azərbaycan əvvəl tingin idxalçısı idisə artıq “İSFA” MMC tərəfindən bu sahəyə olan təlabat tam ödənilməklə yanaşı ölkəni sözügedən məhsul sahəsi üzrə ixracatçıya çevirib.
Eyni zamanda “İSFA” MMC tərəfindən növbəti mərhələdə aqroparkın ərazisində zeytun yağı zavodunun da qurulması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən tədbirdə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və s. rəsmi şəxslər iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























