Azərbaycanda daha 2 universitet publik hüquqi şəxsə çevrilib
ADNSU-nun 102,7 milyon, ADMİU-nun 17 milyon manat nizamnamə fondu olacaq.Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrilib.
Bununla bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan çevrilmə yolu ilə yenidən təşkil edilməsini özündə əks etdirən 300 və 301 №-li Qərarı qəbul edilib və həmin Qərarlara əlavə olaraq həmin universitetlərin nizamnamələri təsdiq edilib.
Publik hüquqi şəxsə çevrilən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət (ADMİU), Azərbaycan Dövlət Neft və Sənaye (ADNSU) universitetlərinin nizamnamə fondları müəyyənləşib.
Nazirlər Kabinetinin müvafiq qərarları ilə ADMİU-nun nizamnamə fondu 17 413 263,78 (on yeddi milyon dörd yüz on üç min iki yüz altmış üç manat yetmiş səkkiz qəpik) manat olacaq.
ADNSU-nun isə nizamnamə fondu 102 734 549 (yüz iki milyon yeddi yüz otuz dörd min beş yüz qırx doqquz) manat təşkil edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























