130 milyon manatlıq pozuntu aşkrlanıb
Hesablama Palatası tərəfindən 2020-ci ildə aparılmış nəzarət tədbirləri ilə aşkar edilmiş pozuntuların 130,3 mln. manat məbləğində olduğu müəyyən edilib.
Bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.
Hesabatda qeyd edilib ki, hesabat ilinin İş planı ilə başa çatdırılmış auditlərin nəticəsi əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən, pul və natura ifadəsində cəmi 55,2 mln. manat məbləğində vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyənləşib. Həmin məbləğin 51,9 mln. manatının bərpası, o cümlədən 51,1 mln. manatının pul ifadəsində bərpası təmin edilib. Qalan 3257,0 min manatın, o cümlədən hesabat tərtib edildikdə nəticələrinə baxılmış 5 audit üzrə vəsaitlərin bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti hesabata daxil ediləcək.
Qeyd edək ki, həmin məbləğin 80,0%-dən çoxu artıq və əsasız ödənilmiş əmək haqqı, müavinət və bu kimi digər sosial ödənişləri əhatə edir ki, bunun da tam olaraq bərpası qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmaqla müəyyən zaman tələb edir.
Beləliklə, 130,3 mln. manat nöqsanlarla icra edilmiş məbləğin 42,4%-nin bərpası ilə bağlı qərar qəbul edilib və bu məbləğin 94,0%-nin icrası 2020-ci ildə təmin olunub.
Ötən il dövlət büdcəsinə vəsait qaytaran nazirliklər və dövlət qurumları
“Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda qeyd edilib ki, hesabat ilində əvvəlki illərdə başa çatmış auditlər üzrə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 379,6 min manat, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 795,5 min manat, AMEA tərəfindən 13,9 min manat, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 7,0 min manat, bank kredit, valyuta əməliyyatları və dövlət borcu ilə bağlı audit üzrə isə 480,5 min manat, DSMF-in Gəncə şəhəri Kəpəz və Nizami, həmçinin Abşeron və Salyan rayon şöbələri tərəfindən 13,1 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib.
Əlavə olaraq bildirilib ki, BNA tərəfindən 128,9 min manat və AMEA tərəfindən 355,1 min manat məbləğində debitor borc bağlanıb. Hesablama Palatası əvvəlki illərdə “Dövlət sirri haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə başa çatdırılmış audit tədbirlərinin nəticələri ilə bağlı görülmüş tədbirləri də izləmiş və həmin məlumatlar Hesabata icmal qaydada daxil edilib.
Beləliklə, Hesablama Palatası 2020-ci ildə və əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticəsi olaraq 52846,9 min manat dövlət vəsaitinin bərpa edildiyini, həmin vəsaitin 50808,5 min manatının dövlət büdcəsinə, 497,0 min manatının DSMF-in büdcəsinə və 1541,4 min manatının dövlət müəssisələrinin hesabına bərpa olunduğunu qeyd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 39 d. əvvəl
-
41 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
-
1 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
14 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
14 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
15 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
15 tələbə Azercell-dən təqaüd qazandı
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Ən çox oxunanlar
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın




















