Dövlət Xidmətindən yalançı endirimlərlə bağlı xəbərdarlıq
"Bazar subyektləri bir sıra hallarda daha çox alıcı cəlb etmək məqsədi ilə əmtəələrin (malların) qiymətlərində endirimlər tətbiq edirlər. Xüsusən də, bayram günləri və mövsümü tətbiq olunan endirimlərlə bağlı istehlakçıları məlumatlandırmaq və satışı stimullaşdırmaq məqsədi ilə reklamlardan istifadə olunur".
Marja xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı bildirib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı bəzi hallarda endirimlərlə bağlı reklamların düzgün və dolğun verilmədiyi, istehlakçıların çaşdırıldığı müəyyən edilir:
“Nəzərə alınmalıdır ki, əmtəələrin (malların) alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, istehlakçıların çaşdırılması haqsız rəqabətə səbəb olur. Bu cür reklam üsulları qanunla qadağandır və belə hallara yol verən sahibkarlara qarşı məsuliyyət tədbirləri nəzərdə tutulur”.
Günel Bəhramqızı əlavə edib ki, bazar subyektləri qanun pozuntusuna yol verməmək və məsuliyyətə cəlb edilməmək üçün endirimlərlə bağlı reklam verərkən mütləq qaydada “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamda aşağıdakı məlumatların göstərilməsini təmin etməlidirlər:
- qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi və müddəti;
- qiyməti dəyişdirilən əmtəələrin (malların) siyahısı;
- qiyməti dəyişdirilən əmtəənin (malın) mövcud qiyməti;
- əmtəənin (malın) qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların endirimli mal təklif edən mağazaların reklamlarında yuxarıda sadalanan məlumatların mütləq qaydada qeyd olunmasına və təqdim edilən endirimlərin şərtlərinin reklamda verilən məlumatlarla uyğunluğuna xüsusi diqqət yetirmələrinin vacibliyini bildirir.
İstehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01 və 498-15-04) müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















