Türk Lirəsi sürətlə dəyər qazandı
Türk Lirəsi (TL) dollar qarşısında, Türkiyə xalqının referendumda Prezidenti Rəcəb Tayyib Ərdoğanın icra gücünü artıran konstitusiya dəyişikliyini qəbul etməsindən sonra keçirilmiş ilk əməliyyatlarda sürətlə dəyər qazanıb. "Marja" xəbər verir ki, "hə" tərəfdarlarının az bir fərqlə qazanması, inkişaf edən bazar pulları arasında 2017-ci ildə ən pis performansı göstərən TL-yə marağı artıra bilər.
Türk Lirəsi dollar qarşısında 2.4 faiz bahalaşaraq 3.6188 səviysinə qədər dəyər qazanıb və 3 Yanvardan bu yana ən kəskin yüksəlişini həyata keçirib.
Dollar/TL keçən həftə 3.7092 səviyyəsindən bağlanmışdı.
Məzənnə Bakı vaxtı ilə 06:20-də 3.6380 səviyyəsində əməliyyat olunub.
"QEYRİ-MÜƏYYƏNLİK ORTADAN QALXDI"
İnvestorların böyük hissəsi, "hə" tərəfdarlarının bu qələbəsininnin, keçən yaz baş verən uğursuz çevriliş cəhdi, kredit reytinqlərinin azaldılması və Türk Lirəsinin rekord səviyyəyə düşməsinin investorların Türk aktivlərinə "iştahanı" azaltmasından sonra, əlavə bir qeyri-müəyyənlik mənbəyinin ortadan qaldırdığını hesab edirlər.
"Rabobank"dan Piotr Matys, "Referendum nəticəsi Türkiyə siyasətində qeyri-müəyyənliyi oartadan qaldırdı" deyib. Matys, Türk Lirəsinin dollar qarşısında 3.5561 və ardından da 3.40 səviyyəsinə düşməsini gözləyir.
"Bluebay Asset Management"in stajlı inkişaf edən bazar strateqi Tim Ash, "Türk bazarlarının ilk reaksiya olaraq "ralli" etməsini, sonra bu nəticənin (referendum nəticəsini) siyasət, iqtisadi siyasət və həmçinin aralarında ABŞ və Avroa Birliyinin olduğu kilid müttəfiqlərlə münasibətlərdə də nə mənaya gəldiyini anlamağa çalışmasını gözləyirəm" deyib.
Dünən Türkiyədə əsasən prezident hökumət sistemi dəyişikliyini nəzərdə tutan referendum keçirilib.Seçicilərin 51.3 faiz konstitusiya dəyişikliklərinə "hə" deyib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)






