"Fed ağıllı olsun, faizi aşağı salsın"
ABŞ Prezidenti Donald Tramp, "Twitter" üzərindən paylaşdığı mesajında Fed-i faiz endiriməyə çağırıb. Qeyd edək ki, bu gün Fed-in iclası keçiriləcək.
"Marja" xəbər verir ki, keçən il 3 dəfə faiz endiriminə gedərək bu nöqtədə dayanacağının siqnalını verən Fed, əvvəlki il (2018-də) 4 dəfə faiz artırmışdı. Bu gün isə Fed-dən hər hansı bir faiz dəyişikliyi gözlənilmir.
İqtisadi artımı dəstəkləmək üçün uzun bir müddətdir faiz endirimi istəyini dilə gətirən ABŞ Prezidentinə qarşı müstəqil bir təşkilat olaraq Fed siyasətdən uzaq dayanmağa çalışır.
"Twitter" mesajında, "Fed ağıllı olsun və faizləri ABŞ-ı digər ölkələrlə rəqabətçi hala gətirmək üçün salsın" deyən Tramp, faiz salındıqdan sonra borcların ödənməsinə və yenidən maliyyələşdirilməsinə fokuslana biləcəyini qeyd edib.
Tramp, az qala inflyasiya olmadığını ifadə edərək, faiz endirimi üçün, 2 il gecikmiş olsa da, doğru zaman olduğunu bildirib.
The Fed should get smart & lower the Rate to make our interest competitive with other Countries which pay much lower even though we are, by far, the high standard. We would then focus on paying off & refinancing debt! There is almost no inflation-this is the time (2 years late)!
— Donald J. Trump (@realDonaldTrump) January 28, 2020
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


























