Viza alanlara pulsuz VISA kartı verilir - YENİ KAMPANİYA
AtaBank “VISA International” şirkəti ilə birgə yeni kampaniyaya start verib.
Kampaniya çərçivəsində xarici ölkələrə səyahət etmək üçün VİZA almış müştərilər, AtaBank-dan pulsuz VISA Classic, VISA Gold plastik kartına sahib olmaq imkanı əldə edəcəklər.
Bunun üçün sadəcə AtaBank-ın Baş ofisinə və ya istənilən filialına şəxsiyyət vəsiqəsi və xarici pasportla yaxınlaşaraq qüvvədə olan vizanı bank əməkdaşına göstərmək kifayətdir. Hədiyyə veriləcək plastik kartın növü müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılıdır.
VISA Classic, VISA Gold kartı müştərilərə yalnız ABŞ dolları və ya AVRO valyutasında açıla bilər.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və ilin son iş günü 28 dekabr 2018-ci il tarixinədək qüvvədə olacaq.
VISA kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkədaxilində həm də ölkəxaricində POS-terminal vasitəsi ilə və ya online alış-veriş edə, AtaBank-ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.
WhatsApp istifadəçiləri AtaBank-ın WhatsApp əlavəsinə bağlı olan 050 9999136 telefon nömrəsi ilə əlaqə yaradaraq VISA plastik kart məhsulları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 28 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı


















