Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək

AzVak-mobil_resmin_ustu_31
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ildə aviayanacağın orta qiymətləri ötən illə müqayisədə 70% artacaq ki, bu da dünya aviasiya sənayesinin yanacaq üzrə ümumi xərclərini təxminən 100 mlrd ABŞ dolları artıracaq.

Bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Baş direktoru Uilli Uolş IATA-nın 82-ci illik toplantısının (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitinin (WATS) açılış mərasimində bildirib.

Onun sözlərinə görə, aviasiya sənayesi COVID-19 pandemiyasından sonra bir sıra ciddi çağırışlarla üzləşib.

"COVID-19-u arxada qoymağa macal tapmamış, aerokosmik sənayenin təchizat zəncirlərində qırılmalar, Ukraynada müharibə, geosiyasi gərginlik və ticarət siyasətində tektonik yerdəyişmələrlə üzləşdik. Mart ayında Yaxın Şərqdə müharibə başlayanda isə neftin qiyməti kəskin şəkildə artdı və aviayanacağın qiyməti qalxıb. Nəticədə biz aviayanacağın orta qiymətlərinin illik ifadədə 70% artacağını gözləyirik ki, bu da sənayenin təxminən 100 mlrd ABŞ dolları həcmində əlavə yanacaq xərclərinə səbəb olacaq", - U.,Uolş qeyd edib.

Bununla yanaşı o vurğulayıb ki, aviaşirkətlər tərəfindən tariflərin məcburi şəkildə artırılmasına baxmayaraq, aviadaşımalara tələbat sabit qalır.

"Müsbət amil ondan ibarətdir ki, artan xərcləri kompensasiya etmək üçün tarifləri və dərəcələri artırmaq zərurətinə baxmayaraq, tələbat yüksək səviyyədə qalır. Lakin artım templəri qaçılmaz olaraq yavaşlayacaq - sərnişin seqmentində 2,1%-ə, yük daşımalarında isə 0,7%-ə qədər", - deyə IATA rəhbəri bildirib.

Assosiasiyanın proqnozlarına görə, xərclərin artması fonunda cari ildə dünya aviasiya sənayesinin gəlirliliyi demək olar ki, iki dəfə azalacaq. Aviaşirkətlərin xalis mənfəəti 2025-ci ildəki 45 mlrd ABŞ dollarından 2026-cı ildə 23 mlrd ABŞ dollarına, xalis rentabellik isə 4,2%-dən 2%-ə düşəcək.

"Aydındır ki, bu, olduqca aşağı marjallıq səviyyəsidir. Cari il bütün aviaşirkətlər üçün, lakin xüsusilə pandemiyadan sonra öz balanslarını hələ tam bərpa etməyə macal tapmayan daşıyıcılar, eləcə də Fars körfəzi ölkələrinin aviaşirkətləri üçün ağır olub", - U. Uolş əlavə edib.

2026-cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq

Avropanın aviasiya sektorunun 2026-cı ildə xalis mənfəətinin bir il əvvəlki 13 milyard dollara qarşı 9,6 milyard ABŞ dollarına qədər azalacağı proqnozlaşdırılır.

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilli Uolş IATA-nın 82-ci illik toplantısı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa aviasiya sənayesinin xalis rentabelliyi 2025-ci ildəki 4,5%-lə müqayisədə cari ildə 3,1%-ə qədər azalacaq.

"Fars körfəzi ölkələrindən aviasiya yanacağı idxalından böyük dərəcədə asılı olan Avropa xərclərin ciddi şəkildə artması ilə üzləşir. Hələlik bu amilin təsiri, yanacağa olan tələbatın təxminən 70%-nin böhrandan əvvəlki qiymətlərlə hedcinq edilməsi sayəsində qismən yumşalır. Lakin bu müqavilələrin müddəti başa çatdıqca xərclər üzərindəki təzyiq daha da güclənəcək", - U. Uolş qeyd edib.

IATA rəhbəri vurğulayıb ki, Avropa və Asiya arasında birbaşa hava əlaqəsinin inkişafı bazara dəstək göstərir ki, bu da Yaxın Şərq habları vasitəsilə olan marşrutları qismən əvəz etməyə imkan verir.

Bununla yanaşı, o, Avropa aviasiyasının qalmaqda olan struktur problemlərinə diqqət çəkib.

"Avropanın bəzi hissələri Rusiya üzərindəki hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərin fəsadlarını hələ də hiss etməkdədir. Bundan əlavə, makroiqtisadi vəziyyətin gözlənilən pisləşməsi, iqtisadi artımın yavaşlaması və enerji daşıyıcılarının qiymətlərinin artması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək.

Avropa aviaşirkətləri həmçinin ekoloji təmiz aviasiya yanacağından (SAF) istifadə ilə bağlı məcburi tələblər, eləcə də hava limanı və aeronaviqasiya yığımlarının artırılması da daxil olmaqla, ağır tənzimləmələr səbəbindən əlavə qiymət təzyiqi ilə üzləşir. Bir sıra bazarlarda davam edən tətillər əməliyyat pozuntularına səbəb olur və daşıyıcıların çevikliyini məhdudlaşdırır. Bütün bu amillər göstərir ki, bazar konyukturasının normallaşmasından sonra belə Avropa aviasiyasının rəqabətqabiliyyətliliyi azalmaqda davam edə bilər", - U. Uolş bildirib.

Mari Tomsen: Neftin qiymətindəki hər əlavə 10 dollar qlobal iqtisadi artımı azaldır

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2026-cı ildə Brent markalı xam neftin orta qiymətinin bir barel üçün 95 ABŞ dolları olacağını proqnozlaşdırır.

Bu barədə IATA-nın Davamlı İnkişaf üzrə baş vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen 82-ci illik IATA iclası və Dünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, reaktiv yanacağın qiymətləri "Brent" markalı xam neftin qiymətindən xeyli sürətlə artır və bu da sənayedə ikiqat mürəkkəb böhranın olduğunu göstərir.

"2026-cı ildə reaktiv yanacağın orta qiymətinin bir barel üçün 152 dollar, Brent markalı xam neftin isə orta qiymətinin 95 dollar olacağını gözləyirik. Əgər bu proqnoz gerçəkləşərsə, orta qiymət fərqi 57 dollara çatacaq".

O, neft qiymətlərinin daha da artmasının qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyini vurğulayıb. Onun fikrincə artan enerji xərcləri bütün sektorlarda qiymətlərin yüksəlməsinə səbəb olur.

"Bütün qlobal iqtisadiyyat hələ də qazıntı yanacaqlarından asılıdır. Bu gün qlobal enerji istehlakının 80%-dən çoxu qazıntı yanacaqlarından, bərpa olunan mənbələr isə 20%-dən azını təşkil edir. Buna görə də, demək olar ki, bütün sənaye sahələrində istifadə olunan neftin qiymətlərinin artması bütün iqtisadi zəncirdə qiymətlərin artmasına səbəb olur ki, bu da öz növbəsində qlobal iqtisadi artımı ləngidir.

Bu əlaqəni aşağıdakı kimi təsvir etmək olar: Brent markalı neftin qiymətinin hər barel üçün 10 dollar artması qlobal ÜDM artımını təxminən 0,1 faiz bəndi azalda bilər. Müvafiq olaraq, neftin qiymətinin 50 dollar artması qlobal iqtisadi artımı təxminən 0,5 faiz bəndi azalda bilər.

Qlobal iqtisadi artımın 3%-dən 2,5%-ə yaxın bir səviyyəyə qədər yavaşlayacağını gözləyirik. Neft qiymətləri artmağa davam edərsə, artım tempi daha da aşağı ola bilər. Resessiyanın nədən ibarət olduğu mübahisəlidir, amma mənim fikrimcə, qlobal iqtisadi artım 2%-ə yaxınlaşarsa, bu, faktiki olaraq resessiya mühitidir. Hazırda 3%-dən 2,5%-ə düşürük və ümid edirik ki, vəziyyət daha da pisləşməyəcəkdir".

İş elanları AzVak.az-da

© "Report"

08.06.2026 09:13
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19