Azərbaycanda meyvə bağlarına dəymiş zərərə görə rekord məbləğdə sığorta ödənişi edilib
Nektarin və badam bağlarına dəymiş zərərə görə fermerlərə təqribən 1 milyon manat sığorta haqqı ödənilib
2025-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə meyvə bağları üzrə rekord məbləğdə aqrar sığorta ödənişi həyata keçirilib.
Xaçmaz rayonunun Tell kəndində yerləşən "Naxo Group" MMC şirkətinə məxsus nektarin bağı güclü şaxtalar nəticəsində zərər görüb, rayonun Cığatay kəndində yerləşən «"Trek Service Engineering" MMC şirkətinə məxsus badam bağında isə sel-subasma hadisəsi baş verib. Hər iki təsərrüfat məhsul itkisi və zərərlə üzləşib.
Sözügedən təsərrüfatlarda şaxtavurma və sel-subasma hadisəsi barədə müraciət daxil olduqdan sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönləndirilib. Ekspertlər dəfələrlə əraziyə gələrək baş vermiş hadisəni araşdırıb, bağa dəymiş zərərin xarakterini və həcmini müəyyən ediblər. Zərərin miqyasını nəzərə alaraq Aqrar Sığorta Fondunun rəhbər şəxsləri və mütəxəssisləri də həmin təsərrüfatda vəziyyətlə tanış olublar.
Araşdırmalar nəticəsində meyvə bağlarında miqdar itkisinin baş verdiyi müəyyən edilib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfatlara – “Naxo Group” MMC-yə 712 482 manat, “Trek Service Engineering” MMC-yə isə 200 520 manat məbləğində aqrar sığorta ödənişi təyin edilib.
Bu, indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişidir.
Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən razı qalıb və bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıblar. “Naxo Group” MMC-nin baş aqronomu Ahmet Turqut aqrar sığortanın bütün təsərrüfatlar üçün vacib olduğunu bildirib:
“Əkinçilik, xüsusilə də meyvə bağı təsərrüfatı olan fermerlər üçün aqrar sığorta çox önəmlidir, çünki təbiət hadisələri baş verəndə onlardan qorunmaq üçün başqa bir mexanizm mövcud deyil. Təsərrüfatımızda mart ayında baş verən şaxtavurma hadisəsi zamanı əlimizdə olan bütün imkanlar və texniki vasitələrlə zərəri azaltmağa çalışsaq da, meyvə bağına zərər dəydi. Bizə dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən kompensasiya edildi. Bu dəstəyə görə mexanizmi yaradan ölkə rəhbərliyinə təşəkkür edirik. Bütün fermerləri dövlətin bu dəstəyindən istifadə edərək təsərrüfatlarını sığortalamağa çağırıram”.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli isə bildirib ki, aqrar sığorta mexanizmi ümumilikdə 41 bitki növünü sığorta edir: “"Naxo Group" və "Trek Service Engineering"in meyvə bağlarında şaxtavurma və subasma hadisələri ilə bağlı müraciət daxil olduqdan sonra Fondun mütəxəssisləri və ekspertləri təsərrüfatlara gələrək zərəri qiymətləndiriblər. Nəticə olaraq təsərrüfatlara sığorta ödənişi həyata keçirilib”.
Xatırladaq ki, Aqrar Sığorta Fondu meyvə bağlarını bir çox risklərdən – dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın və dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi və ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, digər hissəni isə dövlət qarşılayır.
Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və bağ sahibləri dövlət aqrar sığortası vasitəsilə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
4 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
-
4 saat əvvəl
"Avant Group" MMC ləğv edilir - "Avant Group" MTK fəaliyyətini davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb






















