"Layihələrin 99 faizinin pul itirəcəyinə hazır olun, 1 faiz yatırımları qaytarır"
Tanınmış amerikalı iş adamı Şervin Pişəvar “ADA” Universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” mövzusunda mühazirə oxuyub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Bu gün “Uber”, “Airbnb” kimi nəhəng qlobal şirkətlərə çevrilən “startup” təşəbbüslərə əvvəldən inanıb sərmayə qoyan sahibkar Şervin Pişəvar “ADA” Universitetinin tələbə və müəllim heyəti qarşısında çıxış edərək uğurlu biznes ideyalarının tapılmasında tövsiyələri ilə bölüşüb. Onun sözlərinə görə, başlanğıc mərhələsində olan müxtəlif layihələrə sərmayə qoyarkən bu layihələrin 99 faizinin pul itirəcəyinə hazır olmaq lazımdır. Lakin yerdə qalan 1 faiz ümidləri doğruldaraq inkişaf edir və bütün yatırımları artıqlaması ilə qaytarır. “Uğursuzluğa uğrayanlar məni çəkindirmir, çünki ideyalarını davamlı şəkildə tətbiq etməsi, çalışqanlıqları, əslində, ondan xəbər verir ki, onlar əvvəl-axır uğur qazanacaqlar”, - deyə amerikalı iş adamı bildirib.
Şervin Pişəvar tələbələrə gələcəkdə “startup” biznesləri yaradarkən iki amili - özlərinə inamı heç zaman itirməməyi və başladıqları biznesin elmi tərəfini mükəmməl öyrənməyi nəzərə almağı tövsiyə edib. O deyib: “Əgər ideyanız insanların həyat tərzi və davranışını dəyişmək potensialına malikdirsə, bilin ki, o gəlir gətirəcək”.
Şervin Pişəvar həmtəsisçisi olduğu Hyperloop One şirkətinin fəaliyyətini misal çəkərək deyib: “Nəqliyyat və daşınma sahəsində inqilaba səbəb olacaq bu layihə uzun məsafələri ultra sürətlə qət edən yerüstü nəqliyyat vasitəsi təklif edəcək. Saatlarla məsafəni bir neçə dəqiqəyə qət edəcək bu texnologiya insanların həyat tərzini və hətta bütün sənayeləri dəyişdirə bilər. Bu kimi layihələrin uğur qazanması şübhəsizdir”.
Məşhur iş adamı gənc azərbaycanlı alimləri sırf gəlir gətirə biləcək ideyalar deyil, insanların həyatını asanlaşdıracaq, bəşəriyyətin qarşılaşdığı çətinliklərə həll yolları tapacaq layihələr üzərində işləməyə çağırıb.
Mühazirənin sonunda amerikalı sahibkar “ADA” Universiteti tələbələrinin suallarını cavablandırıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
32 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























