Dollar Trampın prezident seçiləcəyi ehtimalı ilə bahalaşıb
ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələ biləcəyi ilə bağlı gözləntilərin artması ilə dollar dəyər qazanıb.
Marja.az xəbər verir ki, Bloomberg Dollar Index Bazar ertəsi günü 0,44 faiz artımla avqustun 2-dən bəri ən yüksək səviyyəsi olan 1257,4 ilə bağlanıb.
Analitiklər bildirir ki, yaxınlaşan ABŞ seçkiləri və əlavə gömrük tarifləri bağlı narahatlıqları dolları dəstəkləməyə davam edə bilər.
"Bloomberg Intelligence"ə görə, Tramp administrasiyasının nisbətən daha yumşaq fiskal və daha sərt pul siyasəti addımları Dolların bahalaşacağı gözləntilərini gücləndirə, FED-in faiz endirimi siyasətini şübhə altına sala və daha yüksək gəlirlə daha güclü dollara yol aça bilər.
ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Trampı minimum əmək haqqının artırılmasına dəstək olub-olmayacağı ilə bağlı sualdan yayındığına görə tənqid edirdi. "Mən qəti şəkildə inanıram ki, minimum əmək haqqını artırmalıyıq",- Harris bazar ertəsi bildirib. Harrisin açıqlaması, Trampın Pensilvaniyadakı bir McDonald's-a baş çəkməsindən, önlük taxdığı və insanlara xidmət göstərdiyi qeyri-adi kampaniya fotosu çəkdirdikdən bir gün sonra reallaşıb. Kampaniya zamanı Trampa minimum əmək haqqının artırılması ilə bağlı sual verilib və Tramp "Mən bu haqda belə düşünürəm. Bu insanlar çox çalışırlar" cavabını verib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)






