Qızılın qiymətində yeni rekord
Qlobal birjalarda külçə qızıl bahalaşır.
Marja.az xəbər verir ki, qızıl 2% də bahalaşaraq bir unsiyasının qiyməti 2475,81 dollara çatıb və rekord qırırb.
İnflyasiyanın ABŞ mərkəzi bankının (FED) hədəfinə yaxınlaşdığını göstərən əlamətlər artdıqca, investorlar FED-dən daha əvvəl faiz dərəcələrinin endirilməsini gözlədikləri üçün qızılın qiyməti bu ay bahalaşıb. Aşağı borclanma xərcləri faiz qazandırmadığı üçün qiymətli metala maraq artır.
Mərkəzi banklardan kütləvi alışlar, Çində güclü istehlak iştahı və geosiyasi gərginliklər fonunda təhlükəsiz alətlərə tələbat sayəsində qızıl bu il təxminən 20 faiz bahalaşıb.
Analitiklər bildirirlər ki, qızılın qiymətinin 2500 dollara yüksəlməsi qaçılmazdır.
Digər tərəfdən, bazarlar, ötən həftə sonu prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdinin maliyyə və siyasi nəticələrini qiymətləndirməyə davam edir. Tramp 1-ci prezidentliyi dövründə bir sıra dövlətlərdən idxala gömrük rüsumlarını artırıb. Əgər Tramp yenidən seçilərsə və daha yüksək gömrük tarifləri təklif edərsə və buna cavab olaraq qlobal ticarət gərginliyi artarsa, Trampın Ağ Evə qayıtması qızılın təhlükəsiz sığınacaq statusunu gücləndirə bilər.
XXX
Qızılın bahalaşması, ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı - FED) faiz dərəcələrini azaldacağı ilə bağlı artan optimizmdən qaynaqlanır. Treyderlər sentyabr ayında FED-in faiz endirimi edəcəyini gözləyirlər. "CME Fedwatch"a görə, treyderlər FED-in sentyabr ayında faizlərini 0,25 faiz bəndi aşağı salacağına 90%-dən çox ehtimal verirlər.
FED sədri Jerome Powell bu həftə Fed-in inflyasiyanın daha da azaldığına əminliyini artırdığını söyləyib. O, daha əvvəl mərkəzi bankın faiz dərəcələrini azaltmağa başlamaq üçün inflyasiyanın 2%-lik hədəfinə çatmasına ehtiyac olmadığını bildirmişdi.
Çərşənbə axşamı günü ABŞ-da pərakəndə satış məlumatlarının proqnozdan bir qədər yüksək olmasına baxmayaraq, ABŞ iqtisadiyyatının "soyuduğu" fikrini daha da gücləndirib.
Aşağı faizlər qızıl və digər qiymətli metalları sərmayə üçün əlverişli edir.
Həmçinin ABŞ Dolları bir aydan çox müddətin minimumuna düşüb və bu da qiymətli metalların qiymətlərinə daha çox fayda verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
- 29 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb






.jpg)




.jpg)






