Ölkə sərhədlərini aşan startaplarımız
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, startaplar yeni biznes istiqaməti kimi sürətlə inkişaf edir və unikal ideyaları ilə davamlı yeniliklər gətirməklə həyatımızı asanlaşdırırlar. Son dövrlər uğurlu azərbaycanlı startaplarımızın sayı sürətlə artmaqdadır. Buna səbəb həm də dövlət tərəfindən startap ekosisteminə göstərilən diqqət, innovativ ideyaların yaranmasını və inkişafını dəstəkləyən dövlət dəstəyi mexanizmlərinin işə salınmasıdır. Bu cür dəstəklər gəncləri stimullaşdırmaqla yeni ideyaların yaranmasına və startap layihələrini inkişaf etdirməklə ölkə hüdudlarından kənara çıxarmağa dəstək olur.
Bu yaxınlarda Azərbaycan startapı “Dr.Agro” Niderland şirkəti tərəfindən satın alınıb.
Onlayn təhsil platforması olan “Metatesk” startapının təsisçisi Günay İmanzadə “Forbes” jurnalının dərc etdiyi “30 UNDER 30” siyahısında yer alıb.
Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında London şəhərində “Microsoft”, “Meta”, “Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib.
Kağız çeklərin rəqəmsallaşması platforması olan “Recepta” startapı isə ölkəmizi 7-9 may tarixlərində Əbu-Dabi şəhərində keçirilən və dünyanın 100-ə yaxın ölkəsindən startapların öz layihələrini investorlara təqdim etdiyi İllik İnvestisiya Toplantısında (AIM Congress) təmsil edərək, münsiflər heyətinin favorit layihələri arasında yer alıb.
Azərbaycan startaplarının qeyd edilən uğurları yalnız son bir neçə ayda əldə olunmuş nailiyyətlərdir. Bu startapları birləşdirən başlıca ortaq nöqtə isə onların layihələrinin inkişafına dövlət tərəfindən dəstək göstərilməsidir. Adıçəkilən layihələrin dördünə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dövlət dəstəyi çərçivəsində “Startap” şəhadətnaməsi verilib. Bu sənəd layihələri 3 il müddətində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edib. Bu isə startaplara layihə üzərindən əldə etdikləri qazancı layihənin daha da inkişaf etdirilməsinə yönəltməyə imkan verib. Sənəd həm də yerli və xarici investorlardan sərmayə cəlb edilməsi zamanı layihəyə üstünlük qazandırır, müvafiq ekosistemə daha asan inteqrasiya etməkdə dəstək olur. “Dr. Agro” layihəsi isə “Startap” şəhadətnaməsi ilə yanaşı, KOBİA tərəfindən keçirilmiş 4-cü qrant müsabiqəsinin qalibi kimi 16 min manat həcmində maliyyə dəstəyi də alıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 22, indiyədək isə 145 “Startap” şəhadətnaməsi verilib. KOBİA tərəfindən keçirilmiş 4 qrant müsabiqəsi çərçivəsində isə aralarında startap layihələrinin də olduğu 58 layihənin maliyyələşdirilməsinə dəstək məqsədilə ümumilikdə 1 mln. manatdan çox qrant vəsaiti ayrılıb.
Adıçəkilən startaplar dövlət dəstəyi hesabına layihələrini inkişaf etdirmiş və dünya bazarına çıxara bilmiş Azərbaycan startaplarından yalnız bir neçəsidir. Dövlətin də dəstəyi ilə hazırda layihələrini inkişaf etdirən, onları gəlirli biznesə çevirmək yolunda uğurla addımlayan startaplarımızın daha böyük nailiyyətləri isə qarşıdadır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























