"Hazırkı sammit hədəfə çatmağa böyük töhfə verəcək”
Bu gün "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən İnmerge İllik İnnovasiya Sammitinin ilk günüdür.
Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
“Ölkəmizdə və regionda innovasiya ekosisteminin dəstəklənməsi əsas prioritetlərimizdəndir. Düşünürəm ki, hazırkı sammit bu hədəfə çatmağa böyük töhfə verəcək” – PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Qeyd edək ki, PAŞA Holding bu günə kimi dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birgə yerli startaplar üçün inkişaf və keryera məsləhətləri proqramları elan etmiş, texniki sahələr üzrə təhsil alan tələbələrə təqaüdlər vermiş, hətta onların dünyanın önəmli innovasiya tədbirlərində iştirakını təmin etmişdir. Bunlarla yanaşı, "PAŞA Holding" qeyd olunan sahələrdə mentorların yetişdirilməsini də dəstəkləyir və yerli inkubasiya, akselerasiya və vençur mərkəzlərinə dəstək olur. Xatırladaq ki, ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də məhz "PAŞA Holding"in dəstəyi ilə fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
3 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
4 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib





















.jpg)









