Azərbaycanda BOKT-ların sayı niyə azalır?
Azərbaycanda 4 illik fasilədən sonra bank olmayan kredit təşkilatlarının (BOKT) sayı yenidən azalmağa başlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) son bir ildə 4 BOKT-un - "Union Kredit" ASC-nin, "Omni Finance", "Gold Finance" və "Viza Kredit" MMC-lərin lisenziyalarını ləğv edib, əvəzində isə yeni yaradılmış heç bir BOKT-a lisenziya verməyib.
Sonuncu dəfə AMB-dən lisenziya alan "SF Azerbaijan" MMC BOKT olub ki, bunun da üzərindən il yarım keçib. BOKT-ların sayının azalmasını bu sahə üzrə ekspertlərlə müzakirə etdik.
"BOKT-ların bir qismi pandemiya dövründə çətinlik çəkdi"
"Azərbaycan Mikromaliyyə Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev deyir ki, BOKT-ların bir qismi koronavirus (COVID-19) pandemiyası dövründə əlavə vəsait cəlb edib fəaliyyətini genişləndirə bilmədi, odur ki, tədricən bazarı tərk etməli oldu:
“2019-cu ildə Azərbaycanda BOKT-ların sayı 56-ya çatsa da, onların bir qismi pandemiya dövründə fəaliyyətini davam etdirməkdə çətinlik çəkdi və lisenziyasını itirməli oldu. Ümumiyyətlə, fəaliyyətini dayandıran BOKT-lar işini düzgün qura bilməyənlərdir. Düşünmürəm ki, bundan sonra Azərbaycanda BOKT-ların sayı artsın. Mövcud BOKT-ların fəaliyyətini gücləndirəcəyini gözləmək olar. BOKT-larla bağlı yeni qanun layihəsi parlamentdən keçib. Sənədin təsdiqindən sonra BOKT-ların müştərilərinə kredit verməklə yanaşı, kredit kartı buraxmaq imkanı da olacaq. Təbii ki, bunun üçün BOKT-lar sistemlərini inkişaf etdirməli, təhlükəsizlik səviyyəsini artırmalıdır. Hazırda BOKT kimi qeydiyyatdan keçib lisenziya ala bilməyən təşkilatlar da var. Onlar fəaliyyətini lombard və yaxud lizinq şirkəti kimi davam etdirir və müştərilərə kreditlər təklif edirlər".
"Təmərküzləşmə BOKT-ları da əhatə edir"
İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra Azərbaycanın maliyyə sektorunda təmərküzləşmə gedir və bu proses mikromaliyyə sektorunu - yəni BOKT-ları da əhatə edir:
"Təbii ki, bu, arzuolunan hal deyil, amma eyni zamanda mövcud şərtlər daxilində qaçılmaz kimi görünür. Azərbaycanda BOKT-ların böyük əksəriyyəti kredit verilməsində məsuliyyətli dövr zamanı rəqabət aparmaq qabiliyyəti olmayan təşkilatlar idi və demək olar ki, bankların nəzdində fəaliyyət göstərirdi. Həmin bankların bağlanması bəzi BOKT-ların da sonunu gətirdi. Eyni zamanda problemli kreditləri olan müştərilərin sayı həddindən artıq çoxdur. Bəzi BOKT-larda problemli aktivlərin xüsusi çəkisi 40-50 %-ə çatır, onların belə şəraitdə fəaliyyət göstərməsi mümkün deyil. BOKT-ların güzəştli kredit mexanizmlərindən istifadəsi də məhduddur. Bütün bunlar onların fəaliyyətinə səmərəsiz şərait yaradır. Banklar da əvvəlki dövrlə müqayisədə daha rəqabətli kredit siyasəti həyata keçirdiyi üçün məhdud imkanlara sahib olan BOKT-lar sıradan çıxır".
© Report
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 d. əvvəl
- 39 d. əvvəl
-
58 d. əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Ən çox oxunanlar
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb


















