Azərbaycanda təbii qaz hasilatı 4 faiz artıb
Yanvar-fevral aylarında qaz hasilatı artıbEnergetika Nazirliyinin 2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 4,4 milyard kubmetri “Şahdəniz”dən, 1,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 319 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Cari ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,9 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 206 milyard kubmetr, “Şahdəniz”dən isə 187 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 131 milyard kubmetrdən çoxu ixraca nəql edilib.
2023-cü ilin yanvar-fevral aylarında ölkədə 5,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 3,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
Hesabat dövründə 4,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,8 milyon tonu konsorsiumun, 305 min tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2023-cü il tarixinədək 611 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 570 milyon ton neft, “Şahdəniz”dən isə 41 milyon ton kondensat çıxarılıb. Bundan 01 mart 2023-cü il tarixinədək 609 milyon tondan çoxu ixraca nəql edilib.
2023-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 51 min ton çox olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)






.jpg)





