S&P agentliyi SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqini yüksəldib
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək təminatlı borcunun uzunmüddətli emitent kredit və emissiya reytinqlərini “BB-” səviyyəsində təsdiqləyib, müstəqil kredit qabiliyyəti reytinqini (SACP) isə “b-“dən “b”yə yüksəldib.
S&P-nin yadığı məlumata görə “sabit” reytinq proqnozu SOCAR-ın likvidliyinin idarə oluna biləcək səviyyədə olduğu, həmçinin hökumətin təcili və davamlı dəstək göstərməyə hazırlığının davam edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.
“Bu, həmçinin, şirkətin kapital qoyuluşu layihələri və əsas əməliyyatlarında heç bir böyük gecikmə, artıq xərc və ya əməliyyat problemlərinin olmayacağı və SOCAR-ın hökumətlə çox güclü əlaqələrində əsaslı dəyişikliklərin baş verməyəcəyinə dair gözləntilərimizi əks etdirir”, - məlumatda bildirilir.
S&P bildirir ki, SOCAR hazırda xammal məhsullarının qiymətlərinin yüksək olmasından faydalanır ki, bu da 2022-2024-cü illərdə şirkətin mənfəətini və pul axınlarını artıracaq, həmçinin göstəricilərini yaxşılaşdıracaq: “Neft və qaz qiymətlərinin aşağı olması səbəbindən nisbətən zəif keçmiş 2020-ci ildən sonra daha əlverişli bazar şərtləri SOCAR-ın mənfəətinin xeyli artmasına gətirib çıxarıb.
SOCAR gəlirlərdə və pul axınında nəzərəçarpacaq artım nümayiş etdirib. Biz 2022-ci ildə konsolidə edilmiş EBITDA-nın təqribən 10 milyard manat olacağını proqnozlaşdırırıq, halbuki 2021-ci ildə bu göstərici 7,8 milyard manat və 2020-ci ildə isə cəmi 4,3 milyard manat olub”.
Agentlik hesab edir ki, reytinqin artması potensialı suveren reytinqin yüksəldilməsi ilə bağlı ola bilər: “Hesab edirik ki, şirkətin böyük borcunu və dövlət dəstəyi ilə əlaqədar reytinqi onsuz da əhəmiyyətli dərəcədə yüksəltdiyimizi nəzərə alaraq, yaxın 1-2 ildə reytinqdə müsbət dəyişikliklərin baş verməsi ehtimalı azdır. Bundan sonra müsbət reytinq dəyişikliyi daha az aqressiv və daha proqnozlaşdırıla bilən maliyyə siyasəti üzrə SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqinin azı “bb-” səviyyəsinə yüksəldilməsi, eləcə də məlumatların açıqlanması və hesabatlılıq daxil olmaqla, idarəetmə və korporativ idarəetmə təcrübələrinin yaxşılaşdırılması ilə dəstəklənə bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
7 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
8 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
8 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb






















