MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
MyShops 2025-ci ildə qlobal satış rekordu qırıb.(®) Ramazan bayramı münasibətilə “MyShops” müştəriləri üçün xüsusi kampaniyaya start verir. 10-20 mart tarixlərini əhatə edən kampaniya çərçivəsində seçilmiş məhsullar 60%-dək endirimlə təqdim olunur.
Alış-verişi daha rahat və əlçatan etmək məqsədilə müştərilərə əlavə üstünlüklər də yaradılıb. Kampaniya müddətində istənilən məhsulu 18 aya qədər faizsiz və komissiyasız hissəli ödənişlə əldə etmək mümkündür. Onlayn sifarişlərdə isə endirimli qiyməti 6 aya bölmək və ya taksit kartları ilə ödəniş etmək imkanı təqdim olunur.
“MyShops” yalnız kampaniyaları ilə deyil, uğurlu satış göstəriciləri ilə də diqqət çəkir. 2025-ci ilin nəticələrinə əsasən, şirkətin retail satışları 98% artaraq qlobal miqyasda rekord göstəriciyə çatıb. Bu nəticə brendin bazardakı mövqeyini daha da gücləndirib və onun inkişaf tempini yeni mərhələyə yüksəldib.
Hazırda “MyShops” Azərbaycanla yanaşı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ən nüfuzlu ticarət mərkəzlərində fəaliyyət göstərir. Şəbəkə, eyni zamanda, Amazon və Birmarket kimi iri platformalarda illərdir “Best Seller” statusunu qoruyub saxlayır. Brendin illik ziyarətçi sayı isə artıq 75 milyonu ötüb.
“MyShops” müştərilərinə yalnız məhsul satışı deyil, əlavə xidmətlər də təqdim edir. Şirkət BƏƏ-də Etisalat, Azərbaycanda isə Azercell-in rəsmi distribütoru kimi fəaliyyət göstərir. Bu əməkdaşlıq sayəsində müştərilər nömrə alışı, eSIM-ə keçid və digər xidmətlərdən qanuni, sürətli və etibarlı şəkildə yararlana bilirlər.
Şirkət mövcud inkişaf tempini nəzərə alaraq, 2026-cı ilin sonuna qədər fəaliyyət miqyasını 5 dəfə artırmağı hədəfləyir. “MyShops” bu strategiya ilə həm regionda, həm də beynəlxalq bazarlarda mövqeyini daha da gücləndirməyi planlaşdırır.
Ramazan kampaniyası ilə bağlı daha ətraflı məlumatı “MyShops” mağazalarından və rəsmi satış kanallarından əldə etmək mümkündür.
Sayt: myshops.az
Əlaqə: *8989
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 20 d. əvvəl
-
28 d. əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 44 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
10 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Göyçay-Şərab”ın gəlirləri və xalis mənfəəti kəskin azalıb
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ən çox oxunanlar
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb




























