Azərbaycan və Belarus gömrük işi sahəsində sənəd imzalayıb
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlk etdiyi nümayəndə heyəti Belarus Respublikası gömrük xidmətinin dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.
Komitənin yaydığı məlumatda bildirilir ki, Fevralın 27-də nümayəndə heyəti Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovskiylə görüşüb.
Görüşdə Azərbaycan və Belarus gömrük xidmətləri arasındakı işgüzar əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib. Tərəflər gömrük sistemində rəqəmsallaşma, informasiya texnologiyalarının tətbiqi, risklərin təhlili, tranzit, poçt daşımaları sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Eyni zamanda Belarus gömrük xidmətinin fəaliyyətinə dair geniş təqdimat nümayiş etdirilib.
Səfər çərçivəsində iki ölkənin gömrük orqanları arasında “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq Planı” sənədi imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus gömrük xidmətinin poçt vasitəsilə daşınan bağlamaların rəsmiləşdirildiyi struktur bölməsində olub, gömrük nəzarəti, çeşidləmə proseslərini izləyiblər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























