“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
(®) “Rabitəbank” ASC rəqəmsal bankçılıq həllərini genişləndirməyə davam edərək müştərilər üçün daha bir innovativ ödəniş imkanını istifadəyə verib.
Artıq Kartmane kart sahibləri kartlarını Garmin ağıllı saatlarına əlavə etməklə ödənişlərini sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.
Yeni xidmət sayəsində istifadəçilər gündəlik ödənişlərini fiziki karta və ya mobil telefona ehtiyac olmadan birbaşa Garmin saatları vasitəsilə icra edə biləcəklər. Bunun üçün müştərilər Kartmane kartlarını Garmin Pay platformasına inteqrasiya etdikdən sonra Garmin ağıllı saatlarını POS terminala yaxınlaşdırmaqla ödənişlərini sürətli, təhlükəsiz və tam təmassız şəkildə həyata keçirə bilərlər.Eyni zamanda Garmin saatları vasitəsilə Rabitəbankın təmassız bankomatlarında da müxtəlif əməliyyatların icrası mümkündür.
“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq təqdim edilən bu xidmət müasir texnologiyaları gündəlik maliyyə əməliyyatlarına inteqrasiya etməklə istifadəçilərə daha çevik bankçılıq təcrübəsi təqdim edir. Garmin Pay texnologiyası beynəlxalq təhlükəsizlik standartlarına uyğun qorunur və ödəniş zamanı kart məlumatlarının təhlükəsizliyini təmin edir.
Garmin Pay xidmətinin aktivləşdirilməsi isə olduqca sadədir. İstifadəçi mobil telefonunda Garmin tətbiqinə daxil olaraq saatın tənzimləmələri bölməsində Garmin Pay funksiyasını seçir, Kartmane kart məlumatlarını əlavə edib qeydiyyatı tamamlayır. Bundan sonra saat üzərində yaradılan rəqəmsal cüzdan vasitəsilə təmassız ödənişlərdən rahat şəkildə istifadə etmək mümkündür.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























