"Bankları üçün nağd pul sahəsində yeni hüquqi normativlər hazırlanır"
“Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”na dəyişikliklər edilməsi nəzərdə tutulub.
Bunu Azərbaycan Mərkəzi Bankının nağd pulu idarə edilməsi şöbəsini rəisi Anar Dadaşov deyib. O bildirib ki, əsas məqsəd kommersiya banklarında biznes proseslərini baş verən dəyişikləri əhatə etməkdir.
Anar Dadaşov əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən nağd pula tələbat qalmaqdadır:
"Azərbaycan Mərkəzi Bankının əsas vəzifəsi vətəndaşların bütün ödəniş vasitələrinə çıxışı təmin edilməlisidir".
Bildirilib ki, əsas dəyişikliklərdən biri nağd pulla bağlı avadanlıqlara tələbin müəyyən edilməsidir. Artıq Mərkəzi Bank bununla bağlı banklarla iş aparır.
XXX
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları üçün nağd pul sahəsində yeni hüquqi normativlər hazırlayır.
Bunu Mərkəzi Bankın nağ pulun idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.
A.Dadaşov qeyd edib ki, kommersiya bankları nağd pul əməliyyatlarında yeni proqtam təminatı hazırlayır və tətbiq etməyə başlayır:
"Biz kommersiya banklarının biznes proseslərində mövcud normativlərə vaxtaşırı dəyişiklik edirik. Mərkəzi Bank banklara nağd pul əməliyyatlarının daxil olmasının kağız daşıyıcılardan əksər halda imtina edilməsi və elektron formada həyata keçirilməsinə icazə verib. Hazırda bu prosed davam edir. Azərbaycan Banklar Assosiasiyası tərəfindən bankların rəy və təklifləri bizə təqdim edilir. Kredit təşkilatlatında kassa əməliyyatlarının aparılması, pul və digər qiymətlilərin saxlanılması və inkasasiyası qaydalarına dəyişikliklər ediləcək. Məqsəd biznes proseslərində baş verən dəyişiklikləri əhatə etməkdir".
Onun sözlərinə görə, kağız daşıyıcılardan imtinaya nail olunub: "Yalnız məhdud sayda əməliyyatlarda kağız daşıyıcılardan istifadə olunur".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA, "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir





















