Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) keçiriləcək.
ASA-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq Forum bu ilin 24-25 iyun tarixlərində təşkil olunacaq.
Ənənəvi olaraq Azərbaycanda keçirilən bu Forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatların iştirakı gözlənilir.
2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının qatılacağı Forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkil olunması planlaşdırılıb.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Sığorta Forumu” artıq 11-ci dəfədir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən və Qafqaz regionunun ən mühün sığorta əməkdaşlığı platformasıdır.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 30 d. əvvəl
-
- 33 d. əvvəl
- 42 d. əvvəl
-
48 d. əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
54 d. əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir



















