Texnologiyalar parkına rezidentlik nə qazandırır? - MÜSAHİBƏ
Son vaxtlar ölkədə İKT şirkətlərinin fəaliyyətini təşviq etmək, bu sahədə əlverişli mühit yaratmaq məqsədilə qanunvericilikdə, vergi siyasətində əhəmiyyətli imtiyazlar, güzəştlərə yol açan dəyişikliklər edilib. Texnopark formatında təşkilatlanan, rezident statusu alan şirkətlər bu güzəştlərdən əhəmiyyətli dərəcədə yararlanmalıdır.
Bu mövzu ətrafında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin layihələr üzrə meneceri Fərid Hüseynov sualları cavablandırıb.
-Texnopark rezidenti hansı imtiyazlar qazanır?
-Rezidentlər gəlir və mənfəət, dividend, əmlak, torpaq vergisi kimi bir sıra vergilərdən azad olunurlar. Gəlir vergisində bu güzəştlər 8 min manatadək olduqda sıfır faiz, 8 min manatdan çox olan məbləğin 5 faizi həcmində təqdim edilir. 2026-cı ildən 7 il müddətinə isə gəlirin 5 faizi həcmində ödəniləcəyi nəzərdə tutulub.
Daha bir vacib məqam isə əcnəbi mütəxəssislərə iş icazəsinin alınması ilə bağlıdır. Burada sözügedən icazə tələb olunmur. Texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı gömrük rüsumundan və ƏDV- dən azad olunur. Rezidentlərin əməkdaşları seçimlərindən asılı olaraq bu ildən başlayaraq 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.
Texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdən məcburi dövlət sosial sığortası tutulmur.
-“Texnoparkdan kənar fəaliyyət” dedikdə hansı addımlar nəzərdə tutulur?
-Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət bu istiqamətləri əhatə edir. Bununla yanaşı, qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin istehsalı, həmin məhsulların iş proseslərinə inteqrasiyası və tətbiqi, texnoloji qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin iş proseslərinə inteqrasiyası və tətbiqi proqram təminatının hazırlanması və inkişafı üzrə, proqram təminatının hazırlanması, yaradılması, o cümlədən proqram kodlarının yazılması, proqram təminatının iş proseslərinə tətbiqi sözügedən fəaliyyətdə vurğulanan məqamlardır.
Qeyd olunan sahədə ən azı 1 dəfə fəaliyyət göstərmiş və 1 məhsulun satışını həyata keçirmiş şəxslərin müraciəti daha məqsədəuyğundur. Bu sahələrdə 1 –dən çox əməkdaş olması vacibdir və İKT sahəsinə aid təhsili haqda məlumat və ya əlavə sertifikat, o cümlədən 1 ildən artıq təcrübə mühümdür.
Xatırladım ki, yalnız kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olanlar müraciət edə bilərlər.
- Müraciət prosesi necə həyata keçirilir?
–Hazırda idda.az saytına daxil olub müraciət edə bilərsiniz. Tələb olunan sənəd toplusu ilə tanış olursunuz, ərizəni yükləyib tələb olunan xanaları doldurursuz. Sənədlərin hamısını topladıqdan sonra ərizəni imzalayıb [email protected] ünvanına göndərirsiniz.
- Müraciət edən şəxs tələb olunan arayışları haradan toplaya bilər?
– Bunun ən sürətli və qısa yolu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə müraciət etməklə tələb olunan arayışlar haqqında məlumatı əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı






















