İqtisadiyyat naziri Mikayıl Cabbarov "Cahan Holdinq"də olub
Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti Naxçıvana səfərdədir.
Marja xəbər verir ki, nümayəndə heyəti bir neçə istehsal müəssisəsinin, o cümlədən "Cahan Holdinq"in fəaliyyəti ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də nümayəndə heyətilə olub.
“Cahan Holdinq”in qurucusu və prezidenti Vüqar Abbasov qonaqlara fəaliyyətləri barədə ətraflı məlumatlar verib.
"Cahan Holdinq" tərəfindən yaradılmış “Cahan Sənaye Kompleksi”ndə bir neçə istehsal sahəsi fəaliyyət göstərir.
Naxçıvana səfəri çərçivəsində “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib.
Vurğulanıb ki, Naxçıvanda sosial-iqtisadi sahədə, xüsusilə də özəl sektordakı çətinliklərin həll edilməsi əsas hədəflərdəndir. Bu sırada respublikada fəaliyyət göstərən maliyyə qurumlarının Naxçıvanda filiallarının açılması, güzəştli kredit, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi, Naxçıvan sahibkarlarının güzəşt və imtiyazlardan istifadəsinə şərait yaradılması, onların KOBİA, AZPROMO və digər qurumlarla əməkdaşlığının qurulması, habelə başqa inkişaf və təkmilləşdirmə məqsədli tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə müvafiq qurumların birgə və koordinasiyalı fəaliyyətinin təşkili önəmlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı






















