Naxçıvanda özəl sektorun üzləşdiyi məsələlərin həlli yolları müzakirə edilib
Görüşdə Naxçıvanda biznesin genişlənməsinə dəstək, özəl sektorun üzləşdiyi məsələlərin həlli yolları, müvafiq qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsi və s. barədə müzakirələr aparılıb.İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda reallaşdırılan genişmiqyaslı tədbirlər, sistemli quruculuq işləri, o cümlədən mühüm infrastruktur layihələri, enerji təchizatı, müasir yolların, təhsil və səhiyyə obyektlərinin inşası, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması istiqamətində görülən işlər vurğulanıb. Diqqətə çatdırılıb ki, Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, iqtisadi potensialdan səmərəli istifadə, sosial-iqtisadi sahədə şəffaflığın artırılması, işgüzar mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritetdir. Bu sahədə həyata keçirilən nəticəyönümlü islahatlar Muxtar Respublikanın ölkəmizin iqtisadi artım templərinə uyğun davamlı inkişafını şərtləndirəcək.
Naxçıvanda sosial-iqtisadi sferada müsbət dəyişikliklər yönündə görülən işlər, dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi tədbirləri barədə məlumat verilib, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində resursların və kadr potensialının səfərbər edildiyi qeyd olunub.
Görüşdə Naxçıvanda biznesin genişlənməsinə dəstək, özəl sektorun üzləşdiyi məsələlərin həlli yolları, müvafiq qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsi və s. barədə müzakirələr aparılıb.
Naxçıvana səfər çərçivəsində nazir Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə görüşüb. Görüşdə qurumun fəaliyyəti üzrə müzakirələr aparılıb. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nəticələr fonunda İqtisadiyyat Nazirliyinin iqtisadi tənzimləmədə artan rolu vurğulanıb və Naxçıvanda da müvafiq qurumun səlahiyyətlərinin səmərəli şəkildə həyata keçirilməsinin önəmi diqqətə çatdırılıb, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq üçün müvafiq tövsiyələr verilib.
Görüş çərçivəsində Nazirlikdə mövcud şəraitlə tanışlıq olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı























