Dövlət xəttilə daha 50 mənzil kirayəyə verilir - ÖDƏNİŞ 428 MANATDAN BAŞLAYIR
SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ MƏNZİL FONDUNA XIRDALAN ŞƏHƏRİNDƏ YENİ MƏNZİLLƏR ƏLAVƏ EDİLİBİpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına Xırdalan şəhərində daha 50 mənzil əlavə edilib.
Marja xəbər verir ki, Xırdalan şəhərinin Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşların seçiminə 1, 2 və 3 otaqlı tam təmirli mənzillər təklif edilir.
Yaşayış sahələrinin aylıq ödənişləri 428 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 10 fevral 2023-cü il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə aşağıdan tanış ola bilərlər.
Şəffaflığın və operativliyin təmin olunması məqsədilə müraciətlərin qəbulu tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3112 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.
Mənzillərin siyahısı ilə aşağıdan və ya bu keçid vasitəsilə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























