Ziraat Bank Azərbaycan ilə ev sahibi olun - aşağı faizli ipoteka kreditləri!
(®) Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) ilə əməkdaşlığı çərçivəsində 2023-cü il üzrə aşağı faizli ipoteka kreditlərinin verilməsinə başlamışdır.
Bank tərəfindən bildirilən məlumata əsasən müştərilərə aşağı faizli ipoteka kreditləri adi və güzəştli növlərdə təqdim edilir. Adi ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN, faiz dərəcəsi isə 7% təşkil edir. Güzəştli kateqoriya üçün nəzərdə tutulmuş Güzəştli ipoteka kreditlərində isə maksimal məbləğ 100 000 AZN, faiz dərəcəsi isə 3,7% təşkil edir.
18 yaşına çatmış, gəliri rəsmi sənədlə təsdiq edilmiş, Fond tərəfindən tələb olunan şərtlərə cavab verən İpoteka kreditini Ziraat Bank Azərbaycan vasitəsilə əldə etmək istəyən Azərbaycan vətandaşları Elektron Hökumət portalında Fondun müvafiq sistemində Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) ilə qeydiyyatdan keçərək, sistem tərəfindən onlara verilən aktivasiya kodu ilə bankın istənilən filialına yaxınlaşaraq müraciətlərini aktivləşdirməklə arzu etdikləri mənzili sahiblənə bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
-
59 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Ən çox oxunanlar
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir









.png)













