Avropa Yenidənqurma və İnkişaf Bankı Türkiyənin qlobal geyim şirkətində pay aldı
AYİB 1,1 milyard TL sərmayə ilə DeFacto-nun minoritar payını alırAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1,1 milyard TL (cari məzənnə ilə 59 milyon dollar) sərmayə ilə Türkitənin qlobal geyim brendi DeFacto-da pay alaraq minoritar səhmdarlardan biri olub.
Türkiyə qanunvericiliyinə görə, səhmdar cəmiyyətlərində nizamnamə kapitalının 10%-nədək, səhmləri birjada ticarət olunan şirkətlərdə isə 5%-nədək paya sahib olan səhmdarlar “minoritar səhmdar” sayılır.
Marja xəbər verir ki, DeFacto-nun baş direktoru İhsan Ateş, "Bu tərəfdaşlıq DeFacto-nun uzun müddətdir davam edən qloballaşma uğurunun ən konkret göstəricilərindən biridir" deyib.
93 ölkəsində fəaliyyət göstərən DeFacto dünyanın aparıcı maliyyə institutlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə güclərini birləşdirib.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Avropa Birliyi, Avropa İnvestisiya Bankı və 64 ölkənin ortaqlığı ilə qurulub.
İmzalanma mərasimində çıxış edən DeFacto-nun baş direktoru İhsan Ateş "Biz 180 ölkədə olacağıq” deyib.
İhsan Ateş 2022-ci ildə əvvəlki ilə nisbətən iki dəfədən çox böyüdüklərini və sərmayələrini yavaşlamadan davam etdirdiklərini qeyd edərək, “Həm ölkəmizdə, həm də xaricdə satış gəlirlərimizi iki qat artırdıq. Yeni ölkələrə daxil olduq və mağazalarımızın sayını davamlı olaraq artırdıq. Biz Avropada əldə etdiyimiz uğurları daha da artıracaq və yüksəlişimizi davam etdirəcəyik”, - deyib.
İhsan Ateş, “2022-ci ildə 11 yeni ölkəyə daxil olduq. İlk mağazamızı Türkmənistan, Kamerun və Konqoda açdıq. İndoneziya, Çili, Hindistan, İrlandiya, Çexiya, Slovakiya, Litva və Cənubi Afrikada bazar əməkdaşlığımızla satışa başladıq. 2023-cü ildə Dubay, Səudiyyə Ərəbistanı, Liviya, Əlcəzair, Anqola, Ruanda və Mavrikiy adasında mağazalar açacağıq. Cənubi Amerikada mühüm biznes tərəfdaşlıqları imzalamışıq. 2023-cü ilin ortalarına qədər biz Cənubi Amerika qitəsində səviyyəmizi artıracağıq. 2023-cü ilin birinci rübündə tamamilə yeni bir qitəyə qədəm qoyacağıq. Avstraliya əməliyyatımıza qitənin ən mühüm onlayn satış kanalları ilə başlayırıq",- deyərək əlavə edib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"





















