Dünya üzrə turistlərin sayı pandemiyadan əvvəlki dövr ilə müqayisədə 64 faiz bərpa olunub
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) 2022-ci ildə bütün dünya üzrə 900 milyondan çox insanın səyahət etdiyini, 2021-ci illə müqayisədə iki dəfə artdığını və turistlərin sayının pandemiyadan əvvəlki illə müqayisədə 63 faiz bərpa olduğunu açıqlayıb.Qərargahı İspaniyanın paytaxtı Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) 2022-ci il turizm məlumatları hesabatını açıqlayıb.
Marja xəbər verir ki, hesabatda Dünyanın bütün bölgələrində turistlərin sayında artım olduğu, təxminən 1,5 milyard nəfər ilə rekord qırılan pandemiyadan əvvəlki (2019-cu il) dünya üzrə turistlərin sayı ilə müqayisədə 2022-ci ildə 900 milyon nəfər turist ilə 63%-lik bir bərpa olduğu qeyd edilib.
Yaxın Şərq turizmi 2019-cu ilin məlumatları ilə müqayisədə 83% bərpa olunub.
Keçən il turistin ən çox gəldiyi (585 milyon) bölgə olan Avropa, pandemiyadan əvvəlki rəqəmin 80 faizinə çatıb.
Bu nisbət Afrika və Amerikada 65 faiz, Asiya və Sakit Okean regionunda isə 23 faiz səviyyəsində qalıb.
Hesabatda 2023-cü ildə turizmə ən çox təsir edəcək amillərdən birinin iqtisadi böhran olduğu qeyd edilib: “Turistlərin 2023-cü ildə daha az xərcləyərək, daha qısa səfərlər edərək və yaxın yerlərə getməklə daha ehtiyatlı davranmaları gözlənilir”.
Ümumdünya Turizm Təşkilatının ekspertləri iqtisadi böhranın inkişafından asılı olaraq 2023-cü ildə dünyada turistlərin sayının pandemiyadan əvvəlki səviyyənin 80-95 faizi arasında olacağını təxmin ediblər.
Digər tərəfdən, UNWTO-nun baş katibi Zurab Pololikaşvili deyib: “Qlobal iqtisadi vəziyyət və davam edən geosiyasi qeyri-müəyyənlik kimi müxtəlif problemlərlə üzləşsək də, biz 2023-cü ilə dünya turizmi üçün nikbin il kimi baxırıq”.
Pololikaşvili 2023-cü ildə iqtisadi amillərin insanların səyahət vərdişlərinə təsir edəcəyini, lakin daxili və regional turizmin güclənəcəyini bildirib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"






















