"Rusiya iqtisadiyyatında 20% azalma proqnozlaşdırırdılar, amma 2,5 faiz kiçildi" - PUTİN
Prezident Vladimir Putin hökumətlə iqtisadi məsələlərlə bağlı iclas keçirib. O, 2022-ci ildə Rusiya iqtisadiyyatının faktiki dinamikasının bir çox proqnozlardan daha yaxşı olduğunu bəyan edib. Prezident bildirib ki, 2022-ci ildə Rusiyanın ÜDM-i ilkin məlumatlara görə 2,5% azalıb, halbuki, 20%-ə qədər azalma isə proqnozlaşdırılırdı.İlkin məlumata görə, Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 2022-ci ildə 2,5% azalıb.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclasda bildirib.
"İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Rusiyanın ÜDM-i cəmi 2,1% azalıb. Bəzi ekspertlər 10%, 15% və hətta 20% azalma proqnozlaşdırırdılar. İlkin məlumata görə, 2022-ci ildə Ruiya iqtisadiyyatı 2,5% azalıb”.
Prezident əlavə edib ki, artıq ötən ilin üçüncü və dördüncü rübündə iqtisadiyyatda ikinci rübdəki kəskin azalma ilə müqayisədə artım qeydə alınıb. O, müsbət tendensiyanı dəstəkləmək və möhkəmləndirmək barədə tapşırıqlar verib.
Vladimir Putinin sözlərinə görə, 2022-ci ildə ölkədə inflyasiya 11,9% təşkil edib ki, bu da hökumətin proqnozlarından az olub, 2023-cü ilin ikinci rübündə isə bu rəqəm 4%-lik hədəfdən aşağı düşə bilər.
“İnflyasiya vətəndaşların gəlirlərinə birbaşa təsir edir. Bu il biz real əmək haqqının artırılmasında və Rusiya ailələrinin rifahının yaxşılaşdırılmasında nəzərəçarpacaq nəticələr əldə etməliyik”, - deyə Putin bildirib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"























