LG Türkiyədə akkumulyator zavodunun tikintisi layihəsində iştirak etmək üçün danışıqlar aparır
Məlumata görə, şirkət yaxın həftələrdə layihənin digər iki iştirakçısı - Ford Motor və Koc Holding ilə anlaşma memorandumu imzalaya bilər.Cənubi Koreyanın "LG Energy Solution" şirkəti Türkiyədə elektromobillər üçün akkumulyatorların istehsalı zavodunun tikintisi layihəsində iştirakla bağlı danışıqlar aparır.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, danışıqlar uğurlu olarsa, şirkət yaxın həftələrdə layihənin digər iki iştirakçısı - Amerikanın "Ford Motor" və Türkiyənin "Koç Holdinq"i ilə anlaşma memorandumu imzalayacaq.
Əvvəlcə “Ford Motor” və “Koç Holdinq” digər Cənubi Koreya istehsalçısı olan “SK On” şirkəti ilə birgə layihəni həyata keçirmək barədə razılığa gəliblər. Bazar ertəsi "Korea Economic Daily" nəşri "SK On"un gələcək sərmayəsi 3,2 milyard dollar nəzərdə tutulan layihədən çəkiləcəyini bildirib. Qərara səbəb kreditlərin yüksək faiz dərəcələri olub, bu da investisiyaların cəlb edilməsini çətinləşdirir. Həmçinin Avropada elektrik enerjisi qiymətlərinin artması səbəbindən elektrik avtomobillərinə tələbin azalacağı proqnozlaşdırılır.
Zavod Ankara yaxınlığında tikilməlidir. İlkin planlara görə istehsalın 2025-ci ildə başlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















