Gömrük Komitəsi: "Yanvarın 1-dən böyük bir layihəni tətbiq etməyi hədəfləyirik"

Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlıq subyektlərinin şəxsi uçot vərəqəsinin yaradılması ilə bağlı layihə həyata keçirəcək.
Bunu DGK-nın Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov bu gün keçirilən "Gömrük islahatları: Çağırışlar və imkanlar" mövzusunda ictimai müzakirədə deyib.
O, layihənin hazırda tesr rejimində olduğunu bildirib:
"Sahibkarlıq subyektləri bilir ki, bu gün gömrük orqanları müxtəlif yerli xəzinədarlıq orqanlarında ayrı-ayrı hesablarda xidmət olunurlar. Buna görə də, məsələn, Bakıda mal rəsmilləşdirmək istəyənin Sumqayıtda bir avans məbləği varsa, o bu Sumqayıtdakı avans məbləğindən istifadə etmək üçün lüzumsuz yerə müraciət edir, vəsaiti bir xəzinədarlıq orqanından başqasına köçürməyi xahiş edir, onun vəsaiti Sumqayıtdan Bakıya köçürülür və ondan sonra Bakıdakı rəsmilləşdirmə həyata keçirilə bilir".
Ə. Məmmədovun sözlərinə görə, bu nöqsanı aradan qaldırmaq üçün DGK-nin xəzinədarlıq orqanında vahid hesabı və sahibkarlıq subyektlərinin Komitədə bir şəxsi uçot vərəqəsinin yaradılmasına dair böyük bir layihə başladılıb:
"Biz onu yanvarın 1-dən tətbiq etməyi hədəfləyirik. Bu sistem işə düşəndən sonra sahibkarlıq subyektləri bir hesab üzərindən vahid yanaşma ilə istənilən tədiyə növü üzrə öz vəsaitlərini rahat şəkildə ödəyə biləcəklər".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
