101 milyon dollarlıq mal ixrac edən Azərbaycan şirkəti - ÖZƏL ŞİRKƏTLƏR ARASINDA 1-Cİ YERDƏDİR
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın noyabr sayında, 2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
Marja.az xəbər verir ki, reytinqdə 100,9 milyon dollarlıq ixrac ilə "MKT İstehsalat Kommersiya" MMC 1-ci yerdədir. Ötən ilin 10 ayında "MKT İstehsalat Kommersiya" şirkətinin ixracının dəyəri 96,2 milyon dollar təşkil etmişdi.
“MKT İstehsalat Kommersiya” MMC Azəbaycanın ən böyük xam pambıq istehsalçısıdır və Azərbaycan ərazisində 11 pambıq istehsal zavodu var. Şirkət hər mövsüm Azərbaycan ərazisində əkilən pambığın 50%-dən çoxunu toplayır və xam pambığın 40%-dən mahlıc, 52%-dən çiyid, geri qalan 8%-dən isə pambıq tullantıları əldə edilir.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (181,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (151,9 milyon ABŞ dolları) ikinci, qızıl (143 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 d. əvvəl
-
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı



























