Şirinov ixracatçıların reytinqində 5-ci yerə yüksəlib - 38 MİLYON DOLLARA YAXIN GƏLİR
Fiziki şəxs Şirinov Elvin Valeh oğlu 33,7 milyon dollarlıq ixracı ilə 2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 5-ci yeri tutub. Ötən il onun ixracı sıfır səviyyədə idi.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın noyabr sayında, qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
Marja.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır. O, 2022-ci ilin iyul ayında 20,2 milyon dollarlıq ixracı ilə, iyunda reytinqdə 17 milyon dollarlıq ixracı ilə 10-cu yeri tutmuş “Aqrovest” MMC-ni siyahıdan çıxarmış və yerinə keçmişdi.
Elvin Şirinov avqust-oktyabr dövründə ixracını daha da artıraraq 33,7 milyon dollara qaldırıb. O, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 33,7 milyon dollarlıq ixracla 5-ci yeri tutub.
2021-ci ildə Elvin Şirinovun ixracı olmamışdı.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 d. əvvəl
-
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı
























