"Maliyyə institutları onlara kredit verməkdən çəkinirlər. Bu, böyük problemə çevrilib"
Beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən, Azərbaycanda KOB subyektlərinin maliyyə mənbələrinə çıxış sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcələri və sərt girov şərtləri, risklərin bölüşdürülməsi və kreditlərə zəmanət mexanizmlərinin zəif inkişafı, xüsusilə regionlarda daşınar əmlakın girov mexanizminin məhdud tətbiqidir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda bildirib.
"Bununla yanaşı, faktorinq və lizinq əməliyyatlarının azlığını, alternativ maliyyə alətlərinin çatışmazlığını da qeyd etmək olar", - o deyib.
KOBİA sədrinin sözlərinə görə, bir çox hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir, hətta cavab verdikdə belə, maliyyə institutları onlara kredit verməkdən çəkinirlər: "Bu, böyük problemə çevrilib. Bizə gələn müraciətlərin, şikayətlərin çoxu bu amillə bağlıdır".
"Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarına görə, inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün qarşılanmamış tələb 5,2 trilyon ABŞ dollarıdır. KOB-ların maliyyəyə çıxışının genişləndirilməsi qlobal və milli səviyyədə prioritet kimi qəbul edilməlidir", - o qeyd edib.
O.Məmmədov vurğulayıb ki, ölkəmizdə sahibkarlığın maliyyə ehtiyaclarını dəstəkləmək üçün mütəmadi olaraq təşəbbüslər həyata keçirilir:
"Aparılan islahatların nəticələri digər mötəbər hesabatlarla yanaşı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının 2021-ci ildə dərc etdiyi “KOB Siyasəti İndeksi Hesabatı”nda da öz əksini tapıb. Hesabatda kredit informasiya sistemlərinin əhatə dairəsinin genişlənməsi, daşınar aktivlərin təhlükəsizliyi üçün reyestrin hazırlandığı, təminatlı əməliyyatlar üçün qanunvericilik bazasının mövcudluğu vurğulanıb, lizinq və faktorinq əməliyyatlarının böyüməsi üçün ölkədə potensialın olduğu qeyd edilib. KOB subyektlərinin maliyyə əlçatanlığının genişləndirilməsi istiqamətində Azərbaycan dövlətinin təşəbbüsləri sırasında ölkə prezidentinin müvafiq fərmanlarını qeyd etmək lazımdır. Həmin fərmanlara əsasən, KOBİA-ya digər vəzifələrlə yanaşı, KOB-ların maliyyə resurslarına çıxışın genişləndirilməsi vəzifəsi də verilib. Sözügedən vəzifədən irəli gələrək Agentlik KOB subyektlərinin alternativ maliyyə alətlərinə çıxışını genişləndirəcək institusional fəaliyyət həyata keçirməkdədir".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








