Azərbaycanın təşəbbüsü ilə yaradılan CASCA + nəqliyyat marşrutu Özbəkistanda təqdim edilir
“ADY Konteyner” MMC “TransLogistica Özbəkistan 2022” sərgisində iştirak edirÖzbəkistanın paytaxtı Daşkənddə 18-ci Beynəlxalq “Nəqliyyat və Logistika - TransLogistica Özbəkistan 2022” sərgisi keçirilir.
“ADY Konteyner” şirkətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, sərgidə CASCA + multimodal nəqliyyat marşrutu ayrıca stendlə çıxış edir.
Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorları - “ADY Konteyner” MMC, “Qırğızıstan Dəmir Yolları”, “Özbəkdəmiryolekspedisiya”, “Türkmənistan Nəqliyyat-Logistika Mərkəzi”, “GR Logistics and Terminals” və “Pasifik Eurasia A.Ş.” öz xidmətlərini təklif edirlər.
"Sərgidə CASCA+ marşrutunun stendinə maraq böyükdür. Stendə yaxınlaşanlar arasında Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev də olub. “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov J. Çorıyevə CASCA + multimodal nəqliyyat marşrutu ilə bağlı ətraflı məlumat verib",- məlumatda qeyd olunur.
Bildirilib ki, marşrutun yaradılmasında məqsəd iştirakçı ölkərinin tranzit imkanlarından istifadə etməklə Çin-Avropa-Çin istiqamətində dəmiryolu ilə yükdaşımaların həcminin və səmərəliliyinin artırılmasıdır.
Sərgidə 50 -ə yaxın təşkilat və şirkət öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, CASCA + “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılıb. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 5 avqust 2022-ci il tarixdə Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrut boyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























