Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftin qiyməti dolların zəifləməsi fonunda artmaqdadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti dolların zəifləməsi fonunda artmaqdadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çərşənbə axşamı səhər dünya birjalarında neftin qiyməti dolların ucuzlaşması fonunda artmaqdadır.

Marja xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin qərarı ərəfəsində dollar dünya valyutaları qarşısında ucuzlaşıb.

Reklam_3_11

Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,4% artaraq 94,10 dollar/barelə, WTI markalı neftin dekabr fyuçersləri də 1,4% bahalaşaraq 87,77 dollara çatıb (Bakı vaxtı ilə saat 12:00-a olan məlumat).

Eyni zamanda, dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnəsi) 0,21% azalaraq 111,3 bənd təşkil edib. Dolların ucuzlaşması ənənəvi olaraq əmtəələrə, o cümlədən neftə tələbi artıraraq onları digər valyutalarda almaq üçün daha əlverişli edir.

Həmçinin investorlar çərşənbə günü açıqlanacaq ABŞ-dakı neft ehtiyatlarının statistikasını gözləyirlər. Analitiklər ölkədəki kommersiya neft ehtiyatlarının (strateji ehtiyat istisna olmaqla) 0,27 milyon barel artdığını, benzin ehtiyatlarının isə 1,2 milyon barel azaldığını ehtimal edirlər.

01.11.2022 11:59

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18