"Əllə yığılan pambıq daha baha qiymətə alınsın"
Bir neçə vaxtdır ki, salyanlı fermerlər pambıq yığımına başlayıblar. Rayonun Şorsulu kənd sakini Rahil Hüseynov da yüzlərlə belə fermerdən biridir.
25 ildir pambıqçılıqla məşğul olan fermer builki məhsuldarlıqdan razıdır: “Keçən il 23 hektar sahədən 82 ton pambıq yığmışam. Bu il isə 24 hektar pambıq əkmişəm. İnşallah orta hesabla təxminən 40 sentnerə yaxın pambıq gözlənilir. İndiyədək 45 ton pambıq tədarük etmişəm”.
Salyanın Ərəbqardaşbəyli kənd sakini, pambıq ustası İbadət Cəfərov 50 hektara yaxın pambıq sahəsində əkin aparıb. Birinci yığımda 35 sentner məhsul toplayan “ağ qızıl” ustası əsasən pambığın əl dəriminə üstünlük verir. Fermeri narahat edən məsələ pambığın kombayn və əl yığımı ilə aparılmasında qiymət fərqinin olmamasındadır.
“Əllə yığılanda məhsuldarlıq daha yüksək olur. Yəni, əllə yığılanda kombayndan fərqli olaraq 50 sentner götürmək çox asandır. Digər ölkələrdə də əl yığımı ilə kombayn yığımı arasında qiymət fərqi var. Əllə yığılan pambıq daha baha qiymətə təhvil verilir. Yaxşı olardı ki, bu, bizdə də nəzərə alınsın. Əgər belə olarsa, insanların dolanışığına da yaxşı təsir edər”, - deyə o əlavə edib.
Fermer sahələrin bir çoxunda məhsulun əllə yığılmasının həm dövlətə, həm fermerə, həm də sakinlərə səmərəli olacağını bildirib. Hazırda onun sahəsində gündə 20-dək pambıqçı çalışır.
Briqadir Səidə Əliyeva ilə söhbət zamanı deyib ki, gündə bir nəfər azı 80-100 kiloqram pambıq yığılır.
Qeyd edək ki, bu il Salyan rayonunda 9285 hektar sahədə pambıq əkini aparılıb. 1485 nəfər istehsalçı 5 şirkətlə müqavilə imzalayıb. Bu günədək 11 min tonadək məhsul toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Bu il salyanlı fermerlər əsasən pambığın “Ceyhan”, “Atlas”, “Lodos”, “Bəyaz Altun 440”, “BİN 10”, “Lazer”, “May”, “Arion” və digər məhsuldar sortlarına üstünlük veriblər. Məhsulun yığılması üçün sahələrə 40-dək kombayn cəlb olunub.
Ümumilikdə, bu günədək sahələrdən kondisiya çəkidə 127 min tona yaxın pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Məhsul yığımı prosesinə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Bu da məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)













