İri broyler şirkətləri tələblərə cavab verməyən toyuq kəsimi məntəqələrindən narahatdırlar
"Azərbaycan əhalisinin qida və ekoloji təhlükəsizlik tələblərinə cavab verən, yüksək keyfiyyətli məhsullarla təminatı quş əti istehsalı ilə məşğul olan sahibkarların ən ümdə vəzifəsidir. Çünki bazara çıxarılan keyfiyyətsiz, qida və ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən məhsullar əhali arasında quş əti ilə bağlı mənfi rəy formalaşdırmaqla bizim fəaliyyətimizə ciddi problemlər yaradır".
Marja xəbər verir ki, bu, zərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, hazırda ölkə ərazisində ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən, tullantılarla bağlı standartları nəzərə almayaraq ətraf mühitə ciddi zərər vuran bir sıra toyuq kəsimi məntəqələri fəaliyyət göstərməkdədir. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə(ETSN) müraciət edərək, belə narahatlıq doğuran məsələlərin müzakirəsini təklif etmişdi.
Oktyabrın 5-də ETSN-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev, Xidmətin şöbə müdiri Adil Zeynalov, Nazirliyin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə APEPEA üzvləri – APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Səba Broyler” ASC-nin nümayəndəsi Rəşad Məmişov, Oqtay Xankişiyev - arasında görüş keçirilib.
Görüş zamanı Assosiasiya üzvləri xüsusilə Bakı ətrafında fəaliyyət göstərən sanitar-gigiyenik, ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən toyuq kəsimi məntəqələrinin yaratdığı narahatlıqları nazirlik rəsmilərinin diqqətinə çatdırıblar. Bildirilib ki, belə kəsimxanalarda kəsilən toyuqların tükləri ətrafa dağıdılır, qanı yaxın ərazilərdə torpağa tökülür, bəzənsə dənizə axıdılır, digər tullantıları normal utilizasiya edilməyərək zibil qablarına atılır. C.Abbasov və P.Hacıyev toyuq kəsimi prosesində ekoloji tələblərin qorunması üçün tətbiq olunan müasir texnologiyalar, dünyada toyuq kəsimi prosesinə qoyulan ekoloji tələblər barədə nazirlik rəsmilərinə ətraflı məlumat veriblər.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda müasir və ekoloji tələblərə tam cavab texnologiyalarla işləyən kəsimxanaların olduğunu, zərurət yaranarsa, həmin kəsimxanalarla tanışlıq imkanı yaradıla biləcəyini ETSN nümayəndələrinin diqqətinə çatdırıb.
"Nazirlik rəsmiləri bildiriblər ki, bu məsələ ilə bağlı “Hicaz” toyuq əti istehsalçısına xəbərdarlıq edilib. Buna baxmayaraq, APEPEA üzvlərinin qeyd etdikləri ərazilərdə monitorinqlərə başlanacaq və həmin məntəqələrlə bağlı müvafiq tədbirlər görüləcək. APEPEA üzvləri isə sanitar-gigiyenik və ekoloji tələblərə cavab verən kəsimxana texnologiyalarına dair nazirlik əməkdaşlarını məlumatlandırmağa hazır olduqlarını bəyan ediblər",- APEPEA-nın məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 38 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib
-
2 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
2 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
3 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
3 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























