Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda

"Baltika" pivə istehlakı mədəniyyətini yalnız Rusiyada deyil, məhsullarını ixrac etdiyi ölkələrdə də inkişaf etdirir. İyunun 24-də şirkət Bakıda pivənin düzgün təqdimatı və müxtəlif yeməklərlə uyğunlaşdırılması mövzusuna həsr olunmuş xüsusi qastronomik tədbir təşkil edib.

Rusiyanın pivə istehsalı sahəsinin liderlərindən biri olan "Baltika" pivə istehlakı mədəniyyətinin formalaşdırılmasına, o cümlədən pivənin müxtəlif yeməklərlə düzgün uyğunlaşdırılması sənətinin inkişafına xüsusi önəm verir. Tədbir iştirakçıları «Baltika» şirkətinin, o cümlədən alkoqolsuz məhsullarının xüsusiyyətləri ilə yaxından tanış olmaq, həmçinin zərif qəlyanaltılar, ət yeməkləri və desertlərlə birlikdə pivənin yeni dad çalarlarını kəşf etmək imkanı əldə ediblər.

"Pivə zəngin tarixə və yüksək qastronomik potensiala malik içkidir. “Baltika”nın 35 illik fəaliyyəti ərzində biz pivə istehsalı sahəsində böyük təcrübə toplamışıq və inanırıq ki, pivənin məsuliyyətli və ölçülü istehlakı insanların dad təəssüratlarını zənginləşdirə və tanış məhsullara yeni çalarlar qata bilər. Bakıda yaşayan insanlara yeni qastronomik üfüqlər açmaq imkanı qazandığımız üçün çox məmnunuq", — deyə "Baltika" Pivə Şirkətinin İnkişaf və Effektivlik üzrə direktoru Vitali Şayxutdinov bildirib.

Tədbirin xüsusi atmosferini yaratmaq məqsədilə restoranın dəbdəbəli interyeri xüsusi dekor elementləri ilə tamamlanıb, gecənin ümumi ovqatını isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Nərmin Əliyevanın çıxışı daha da zənginləşdirib. Tədbirdə restoran sahibləri və satış kanallarının nümayəndələri, tanınmış bloggerlər və KİV nümayəndələri, "Azerish LTD""Baltika"» Pivə Şirkətinin əməkdaşları, həmçinin Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak ediblər.

"Baltika" Azərbaycanda məhsul çeşidini genişləndirməyə hazırdır. Hazırda şirkət ölkəyə "Baltika" pivə xəttini, həmçinin "Kuler", "Blanche Bière" və "Old Bobby" brendlərini ixrac edir. 2024-cü ildən etibarən Rusiyada istehsal olunan "Baltika" Pivə Şirkətinin məhsulları rəsmi olaraq Azərbaycana tədarük edilir. "Azerish LTD" isə brendin ölkədə rəsmi idxalçısı və distribütoru olaraq onun bazardakı mövqeyinin gücləndirilməsi və pivə istehlakı mədəniyyətinin inkişafı istiqamətində fəal fəaliyyət göstərir.

"Baltika" Pivə Şirkəti Rusiyanın aparıcı istehlak malları istehsalçılarından biridir. Şirkətin məhsul portfelinə 50-dən çox brend ("Baltika", "Nevskoe", "Arsenalnoye", "Yarpivo", "Don" və s.), həmçinin «Xrustalnaya» içməli suyu daxildir. Şirkət 8 pivə zavodu və 2 səməni istehsalı müəssisəsini idarə edir, pivəlik arpa yetişdirilməsi üzrə öz aqrar proqramını və mayaotu becərilməsi layihəsini həyata keçirir. Dünya səviyyəli keyfiyyəti sayəsində şirkətin brendləri peşəkar və istehlakçı müsabiqələrində 700-dən çox Rusiya və beynəlxalq mükafata layiq görülüb.

"Azerish LTD" 2024-cü ildən etibarən Azərbaycanda «Baltika» Pivə Şirkətinin məhsullarının rəsmi idxalçısı və distribütorudur. Şirkət ölkə bazarında brendlərin inkişafı istiqamətində fəaliyyət göstərir, aparıcı pərakəndə satış şəbəkələri və HoReCa sektoru ilə əməkdaşlıq edir, həmçinin pivə istehlakı mədəniyyətinin inkişafına yönəlmiş layihələri həyata keçirir.

 www.baltika.ru

www.azerishltd.com

Baltika Baltika pivə Baltika Azərbaycan Baltika Bakıda tədbir keçirdi Baltika qastronomik tədbir pivə istehlakı mədəniyyəti pivə və yemək uyğunluğu pivənin düzgün təqdimatı pivə qastronomiyası Bakıda qastronomik tədbir Baltika Pivə Şirkəti Rusiyanın pivə istehsalçısı Baltika məhsulları Baltika alkoqolsuz məhsullar Baltika ixracı Baltika Azərbaycana ixrac Azerish LTD Azerish Baltika distribütoru Baltika rəsmi idxalçı pivə brendləri Kuler Blanche Bière Old Bobby Baltika pivə xətti HoReCa sektoru restoran sektoru pərakəndə satış şəbəkələri pivə bazarı Azərbaycan pivə bazarı pivə istehlakı mədəniyyəti Azərbaycanda Vitali Şayxutdinov Nərmin Əliyeva Rusiya Səfirliyi Baltika brendləri Baltika mükafatları pivə zavodları səməni istehsalı pivəlik arpa mayaotu becərilməsi
01.07.2026 19:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19