Bu gün Praqada Ərdoğanla Paşinyan görüşəcək
Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması müzakirə olunacaqBu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Liderlər Bakı vaxtilə saat 6-da Praqa qalasında bir araya gələcəklər.
Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.
R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq. Görüşdə Zəngəzur dəhlizinin açılması da müzakirə olunacaq.
Rusiyanın TASS agentliyinin məlumatına görə, rəsmi Ankara tərəflərin ilk görüşünün iki dövlət arasında münasibətlərin normallaşmasına xidmət edəcəyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə başlana biləcəyini istisna etmir.
“Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, - məlumatda vurğulanıb.
Diplomatik mənbə agentliyə bildirib ki, üzbəüz görüşlər telefon əlaqəsindən daha məhsuldardır.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olacaq.
Xatırladaq ki, bu gün Praqda Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək. Toplantıda 27-si Aİ ölkəsi olmaqla ümumilikdə 44 dövlət təmsil olunacaq.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
6 d. əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
- 19 d. əvvəl
- 24 d. əvvəl
- 37 d. əvvəl
-
53 d. əvvəl
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
- 56 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
-
1 saat əvvəl
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb
Ən çox oxunanlar
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı kəskin azalıb
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Azərbaycan neftinin son qiyməti
“Azərpambıq”ın ixracı 71% artıb
“Aqrarkredit” 9 milyon manatlıq daşınmaz əmlakı satışa çıxarır
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür





















