Avropanın qaz anbarları 84%-ə yaxın doldurulub
Maksimum tutumu təxminən 107,7 milyard kubmetr olan Avropanın yeraltı anbarlarında (UGS) qaz ehtiyatları 90 milyard kubmetri ötüb.
Marja xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastrukturu (GIE) məlumat yayıb.
Sentyabrın 10-na Avropanın anbarlarında qaz ehtiyatları 83,61%-ə yüksəlib.
Əvvəllər Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər UGS obyektlərini ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürmüşdülər.
"Qazprom" daha əvvəl xəbərdarlıq edib ki, hətta böyük Avropa ölkələrində UGS obyektlərində maksimum qaz ehtiyatlarına yaxın olması onlara payız-qış dövrünün etibarlı şəkildə keçməsinə zəmanət vermir.
Anbar doluluğun ən yüksək səviyyəsi hazırda Portuqaliyada və Polşada müşahidə olunur (ehtiyat səviyyələri müvafiq olaraq 100% və 99,13%). Həmçinin ehtiyatlara görə liderlər arasında Fransa (93,81%), Danimarka (94,01%), Belçika (89,49%) və İsveç (90,81%) də var. Almaniyada UGS obyektləri 87,95%, İtaliyada 85,41%, İspaniyada 86,23%, Hollandiyada 82,79%, Çexiyada 83,08%, Slovakiyada 82,04% doldurulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)









