Vahid Elektron Xidmətlər Portalına daha 2 xidmət əlavə edildi
“Aztelekom” MMC-nin “İdarələr üzrə ətraflı məlumat” və “Klassifikator üzrə idarələrin axtarışı” xidmətləri portala əlavə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə “AzInTelecom” MMC tərəfindən yaradılan Vahid Elektron Xidmətlər Portalına daha 2 yeni xidmət inteqrasiya olunub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, bununla da portalda təqdim edilən xidmətlərin sayı 17-yə çatdırılıb. Sonuncu inteqrasiya nəticəsində “Aztelekom” MMC-nin “İdarələr üzrə ətraflı məlumat” və “Klassifikator üzrə idarələrin axtarışı” xidmətləri portala əlavə edilib.
“Klassifikator üzrə idarələrin axtarışı” xidmətindən faydalanarkən qurumun aid olduğu kateqoriyanı seçdikdən sonra müvafiq təşkilatlar istifadəçiyə təqdim edilir. Daha sonra həmin siyahıdan idarənin adının üzərinə klik edərək seçilən qurumun adı, əlaqə nömrəsi, ünvanı, bank hesab kodu və VÖEN-i barədə informasiya əldə etmək olar.
“İdarələr üzrə ətraflı məlumat” bölməsində isə stasionar telefon nömrəsi və ya VÖEN daxil edərək həmin məlumatın aid olduğu idarənin tam adını, əlaqə nömrələrini və ünvanını öyrənmək mümkündür.
Qeyd edilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır.
Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Həmçinin portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
5 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
6 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
