“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən xalqın yaxın qonşu marketlər şəbəkəsi olan “OBA Market” MMC İnsan Resursları sahəsində müasir yanaşmanı gücləndirərək SAP HR moduluna uğurlu keçidini elan edir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bu addım, şirkətin qlobal biznes praktikasına uyğunlaşdırılmış idarəetmə sistemlərinə inteqrasiya etməsi və davamlı rəqəmsal transformasiya strategiyasının bir hissəsidir.
SAP HR modulu dünyanın aparıcı şirkətləri tərəfindən tətbiq olunan, beynəlxalq miqyasda etibarlı və effektiv hesab edilən insan resursları idarəetmə həllərindən biridir. “OBA Market” MMC-də bu sistemin tətbiqi HR proseslərinin daha çevik, şəffaf və ölçülə bilən şəkildə idarəolunmasını təmin etməklə yanaşı, korporativ idarəetmədə beynəlxalq standartlara uyğun yeni mərhələ açır.
SAP HR modulunun üstünlükləri:
Effektivlik və avtomatizasiya – İşə qəbul, transfer, icazə və əməkdaş məlumatlarının idarə olunması tam avtomatlaşdırılır.
Şəffaflıq və izlənəbilənlik – HR əməliyyatlarının statusları real vaxtda izlənilir.
Verilənlərə əsaslanan qərarvermə – Analitik alətlər strateji HR qərarlarının daha əsaslı və dəqiq verilməsinə imkan yaradır.
Əməkdaş təcrübəsinin gücləndirilməsi – İşçilər öz məlumatlarına self-service imkanları ilə rahat çıxış əldə edir.
İnteqrasiya və beynəlxalq uyğunluq – SAP modulu şirkətin digər sistemləri ilə sinxron işləyir və beynəlxalq idarəetmə standartlarına cavab verir.
“OBA Market” MMC-nin İnsan Resursları komandası bildirir ki, bu sistemə keçid yalnız HR strukturunda deyil, bütün təşkilat daxilində idarəetmə səmərəliliyini artıracaq və şirkətin uzunmüddətli rəqəmsal inkişaf yolunda strateji dönüş nöqtəsi olacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















