Qiymətlər üzümçüləri qane etmir - "30-50 qəpiyə satmaq məcburiyyətindəyik”
"On il bundan əvvəl 1 manata satdığımız məhsulu bu gün 30-50 qəpiyə satmaq məcburiyyətindəyik”Cəlilabadın üzüm bağlarında yığım davam edir. Mövsüm başlayandan bu günədək toplanan 7 min tondan çox məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub. Bağ sahibləri daxili bazarda qiymətin ucuz olmasından narazıdırlar.
Cəlilabadın üzüm bağlarında məhsul bu il də boldur. Artıq bir aydır ki, bağ sahibləri məhsul yığımına başlayıblar. “Həməşərə”, “Bayanşirə”, “Mədrəsə”, “Ağşanı”, “Qaraşanı” və digər adı dillər əzbəri olan üzüm sortları ilə tanınan Cəlilabadda, hazırda xarici ölkələrdən gətirilən 9 sort məhsuldar üzüm növü də becərilir.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Cəlilabad dayaq məntəqəsinin müdiri Azad Əkbərovla söhbət zamanı bildirib ki, fermerlər bağlara yaxşı qulluq ediblər, lazımi aqro-texniki qulluq tədbirləri vaxtında aparılıb. Ona görə də yaxşı məhsul var: “Cəlilabad rayonunda bu il məhsuldarlıq çox yüksəkdir. Keçən il 15-17 ton məhsul yığılmışdısa, bu il 18-20 ton məhsul gözlənilir”.
Ötən aydan yığıma başlayan fermer Əliheydər Salmanov isə minbir zəhmətlə ərsəyə gətirdiyi məhsulun son iki ildə ucuz satılmasına görə narahatdır. “Məhsuldarlıq yüksəkdir, dövlət tərəfindən lazımi dəstəyi və köməyi alırıq. Amma bir problemimiz var, o da məhsulun qiymətidir. On il bundan əvvəl 1 manata satdığımız məhsulu bu gün 30-50 qəpiyə satmaq məcburiyyətindəyik”.
Hazırda tədarük olunan məhsul elə bağda işçilər tərəfindən çeşidlənərək yerli və xarici bazar üçün qablaşdırılır. İxraca əsasən “Artika”, “Sultaniyyə”, “Prima” kimi Fransız üzüm sortları göndərilir.
Söhbət etdiyimiz digər fermer Mirhəbib Salmanlının 15 hektara yaxın üzüm bağı var. Bu bağda 9 sort üzüm yetişdirib. Hələlik 4 sort üzümün yığımı aparılır. “Yığdığımız “Sultaniyə”, “Sentenial”, “Arktika” və “Ora” sortlarıdır. Bunların tingləri Fransadan gətirilib. Yaxın günlərdə o biri sortları da yığmağa başlayacağıq. Keçən ilə nisbətən məhsuldarlıq yaxşıdır. Satış məsələsində problemlərimiz var. Belə ki, daxili bazarda qiymətlər ucuzdur. Ona görə də, hələ ki, xaricə ixrac etməyə üstünlük veririk”.
Qeyd edək ki, rayon üzrə 1475 hektar üzüm bağları var, bunun da 1400 hektarı bar verir. Orta məhsuldarlıq hələlik 120 sentnerdən çoxdur. Məhsulun 300 tondan çoxu Rusiya bazarlarına ixrac olunub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 d. əvvəl
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
-
-
48 d. əvvəl
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
-
52 d. əvvəl
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
-
1 saat əvvəl
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xarici İşlər Nazirliyi: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb
-
2 saat əvvəl
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
-
2 saat əvvəl
Martın 5-də gözlənilən hava şəraiti - Sabah Bakıda 15 dərəcə isti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Ən çox oxunanlar
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
İran Naxçıvana dronla zərbələr endirib
Yeni “Qoşa” lotereyası satışa çıxıb
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb
Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
"Səudiyyə Ərəbistanının anbarları dolur, neft hasilatını azaltmasına iki həftə qalıb"
























