Brent neftin qiyməti 46 dolların üzərinə qalxdı
Brent nefinin barrelinin qiyməti, həftənin ilk iş günündə 46,02 dollardan ticarət olunmağa başlayıb.
"Marja" xəbər verir ki, Brent neftin qiyməti, ötən cümə günü 45,29 dollardan günə başlamış və gün ərzində ən yüksək 45,72 dolları görmüşdü. Bu səhər günə 45,65 dollardan başlayan Brent neftin barrel qiyməti, saat 10.20-də 1,05 faiz artımla 46,02 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) xam neftin barreli isə 43,50 dollardan alıcı tapıb.
Ötən həftə ABŞ-ın xam neft hasilatının yüksəlməyə davam etməsinin ardından çərşənbə günü neftin qiymətlərində 3%-dən çox azalma görülmüşdü. Brent neftinin barrel qiyməti 44,35 dollara enərək 2016-cı ilin Noyabr ayından bu yana ən aşağı səviyyəsinə geriləmişdi. ABŞ-ın Qərbi Texas neftinin barrel qiyməti də həmin gün 42,05 dollara qədər aşağı düşərək, 2016-cı ilin Avqust ayından bu yana ən aşağı səviyyəsini görmüşdü.
ABŞ-da qazılan neft quyularının sayı və xam neft istehsalındakı artımın davam etməsi vəziyyətində yaxın zamanda neft qiymətlərinin 40 dollardan aşağı düşəcəyi xəbərdarlığı edilir.
Həmçinin ən böyük istehlakçılar ABŞ, Çin və Hindistanda qısa və orta müddətdə tələbin artacağının gözlənməməsi də neft qiymətlərini təzyiq altında saxlayır.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
ABŞ-ın neft sənayesinin görünüşü və qısa dövr xam neft hasilatı haqqında göstərici qəbul edilən Baker Hughes-ın həftəlik məlumatlarına görə, qazılan quyuların sayı 758-ə yüksəlib.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, keçən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləyən ABŞ-ın xam neft istehsalı, son 18 həftənin 16-sında yüksələrək ötən həftə orta hesabla 9,35 milyon barrel olub.
EIA-nı iyun ayı "Qısa Dövr Enerji Mənzərəsi" hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon barrel, gələn il də 10 milyon barrel olması gözlənilir.
Neft bazarında həftə ortasında açıqlanacaq baza göstəricilərinin qiymətlər üzərində təsirli olacağı gözlənilir.
Mütəxəssislər, Brent neftdə texniki olaraq 46,35 ilə 46,44 dollar arlığının müqavimət bölgəsi, 46,17 ilə 46,26 dollar aralığının isə dəstək səviyyəsi olaraq izlənəcəyini bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
15 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
15 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
15 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 16 saat əvvəl
-
17 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)











