"Razılığa gəlmişik ki, Avropa İttifaqına qaz ixracını iki dəfə artıraq"
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada xarici kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb.
Müxbir: Ermənistanla bağlı qeyd etdiyiniz beş bənd nədən ibarətdir?
Prezident İlham Əliyev: Birincisi, hər iki ölkənin ərazi bütövlüyünün tanınması, ikincisi, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, üçüncüsü, güc tətbiq etməmək və ya güclə hədələməmək, dördüncüsü, sərhədlərin delimitasiyası və beşincisi, kommunikasiyaların açılması.
Bunlar Azərbaycan tərəfindən Ermənistana təklif olunmuş beş baza prinsipidir və Ermənistanın baş naziri onları qəbul edib. Bu, bir daha iki gün bundan əvvəl bizim Brüsseldəki görüşümüzdə təsdiq edilib. Bizim xarici işlər nazirləri həmin beş prinsip əsasında sazişin mətni üzərində praktiki danışıqlara başlayacaqlar.
- Azərbaycandan İtaliyaya əlavə qazın nəqli mümkündürmü?
- Əlavə qaz həcmi nəql olunmaqdadır. Bu il bu rəqəm təqribən 10 milyard kubmetr təşkil edəcək. Ötən illə müqayisədə bu, daha çoxdur. Lakin əlavə qaz həcmi üçün biz TAP-ın texniki imkanlarını artırmalıyıq - 10 milyarddan 20 milyard kubmetrə qədər. Nəzərə almaq lazımdır ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli və birgə sərmayə layihəsini planlaşdırmalıyıq. Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq.
- TAP-ın genişləndirilməsi ilə bağlı müzakirələr başlayıbmı?
- Bəli, biz artıq praktiki danışıqlara başlamışıq. Mən konfransda bildirdim, İtaliya bizim əsas tərəfdaşımızdır. Biz il yarımdır ixraca başlamışıq, 13,5 milyard kubmetr qaz nəql edilib ki, o həcmin 11,7 milyard kubmetri İtaliyaya ixrac olunub.
Təşkilatçı: Qaz həcminin iki dəfə artırılması ilə bağlı Çernobbio razılaşması.
Prezident İlham Əliyev: Bəli. Çox sağ olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
21 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
46 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
























