Azərbaycanda iri logistika mərkəzinin sahibi olan şirkətin satışı artıb - 25 MİLYON MANATDAN ÇOX GƏLİR
"Abşeron Logistika" MMC 2021-ci ili 1 milyon 661 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 1 milyon 993 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "Abşeron Logistika" MMC-nin əsas əməliyyat gəlirləri 2020-ci ildə 22 milyon 236 min manat ikən, 2021-ci ildə 24 milyon 169 min manata yüksəlib (1 milyon 933 min manat və ya 8,7% artıb).
2021-ci ildə "Abşeron Logistika" şirkətinin cəmi gəlirləri 25 milyon 109 min manat, cəmi xərcləri 23 milyon 447 min manat təşkil edib. 2020-ci ildə "Abşeron Logistika"nın cəmi gəlirləri 22 milyon 895 min manat, cəmi xərcləri isə 20 milyon 903 min manat təşkil etmişdi.
"Abşeron Logistika" MMC beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzi olan Abşeron Logistika Mərkəzini idarə edir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















